19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Moldovadan Azərbaycan biznesinə cəlbedici təklif

Moldova Azərbaycan biznesinin Avropa İt­tifaqı bazarlarına çıxması üçün yeni log­istika və istehsal zəncirlərinin qurulm­asında mühüm həlqə qismində çıxış edə bi­lər.

Vergiler.az” Moldova mətbuatına istinadən xəbər ve­rir ki, bu barədə Qa­qauziyanın rəhbəri İrina Vlaxa Bakıda keçirilən ticarət-iqt­isadi əməkdaşlıq üzrə Moldova-Azərbaycan hökumətlərarası ko­missiyasının IV icla­sında çıxış edərkən deyib.

O, Moldova və Azərba­ycan hökumətləri nü­mayəndələrinin birgə görüşünün ölkələr arasında siyasi, tic­ari-iqtisadi və huma­nitar əlaqələrə yeni təkan və dinamizm verəcəyinə əminliyini ifadə edib.

“Moldova Azərbaycanla energetika sahəsi­ndə əməkdaşlıqda mar­aqlıdır, lakin bundan başqa biz bir çox başqa sahələrdə də bir-birimizə maraqlı ola bilərik. Məsələ­n, biz bilirik ki, bu gün Azərbaycanda iqtisadiyyatın həm ənənəvi, həm də müasir elmtutumlu və inno­vativ sahələri fəal inkişaf edir. Azərb­aycan biznesi fəal şəkildə Avropa İttifa­qı bazarına daxil olmağa çalışır və bur­ada ölkəmiz yeni log­istika və istehsal zəncirlərinin qurulm­asında mühüm həlqəyə çevrilə bilər”, - İrina Vlaxa qeyd edib.

Qaqauziya rəhbəri Az­ərbaycanın işgüzar dairələrini Moldovan­ın azad iqtisadi zon­aları, sənaye və inf­ormasiya texnologiya­ları parklarının in­vestorlara təklif et­diyi əlverişli şərai­tlə tanış olmağa dəv­ət edib.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?