3 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadiyyat üzrə Nobel mükafatçısı - Yan Timbergen

Yan Timbergen 1903-cü il aprelin 12-də Hollandiyanın Haaqa şəhərində anadan olub. Tinbergenlər ailəsi dünyaya bəxş etdiyi istedadlı insanlar ilə məşhurdur: iqtisadiyyat üzrə Nobel mükafatının ilk laureatı Yanın qardaşı məşhur bioloq Nikolas Tinbergen də Nobel mükafatına layiq görülüb. Bu mükafatı 1973-cü ildə fiziologiya və tibb sahəsində alıb. Onun daha bir qardaşı Lüyuk Timgergen isə dünyada tanınmış ornitoloqdur.

Yan Tinbergen 1926-cı ildə Leyden Universitetinin fizika fakültəsini bitirib, 1929-cu ildə fizika üzrə doktorluq dərəcəsi alıb.

1932-ci ildə Yan Tinbergen bazar iştirakçılarının investisiya gözləntilərinin mahiyyət etibarilə rasional olması və müvafiq iqtisadi modellə təsvir oluna biləcəyi fərziyyəsini irəli sürüb. Bu fərziyyəyə əsasən empirik olaraq göstərdi ki, mövcud səhm qiymətləri gələcək kotirovkaları proqnozlaşdırmaq üçün daha faydalı ola bilər.

1933-cü ildən Rotterdam Universitetinin professoru, 1945-ci ildən Hollandiya Mərkəzi Planlaşdırma Bürosunun direktoru, 1956-cı ildən 1975-ci ildə istefaya gedənə qədər isə Hollandiya İqtisadiyyat Məktəbinin professoru olub. Bir sıra inkişaf etməkdə olan ölkələrin - Çili, Suriya, İraq, Liviya və s. hökumətlərinin iqtisadi müşaviri kimi fəaliyyət göstərib, 1966-cı ildən sonra isə BMT-nin Planlaşdırma Komitəsinə rəhbərlik edib. Türkiyədə Dövlət Planlaşdırma Təşkilatının qurulmasında yaxından iştirak edib.

1939-cu ildə çoxluq reqressiyasının statistik aparatını işləyib hazırlayan Y.Tinbergen Millətlər Liqasının sifarişi ilə ekonometrikada müasir statistik metodların tətbiqinin başlanğıcı hesab edilən işgüzar sikllərin tədqiqini aparıb. Millətlər Liqasının layihəsi, təbii ki, ekonometrik metodologiya problemlərinin həllinə deyil, investisiya böhranı ilə bağlı ən kəskin sosial problemlərdən çıxış yolu tapmağa yönəldilmişdi.

1969-cu ildə "Dinamik modellərin yaradılması və iqtisadi təhlillərə tətbiqi" mövzunda tədqiqatlarına görə iqtisadiyyat üzrə Nobel mükafatına layiq görülüb.

Y.Timbergen 1975-ci ildə Roma Klubu ilə əməkdaşlıq edib, qloballaşmaya dair məşhur monoqrafiyasını yazıb.

Timbergen R. Friş və İ. Fişer ilə birlikdə ekonometrikanın yaradıcılarından biridir. O həmçinin iqtisadi sikllərin öyrənilməsində statistik metodların tətbiqi, “üçüncü dünya” ölkələrində iqtisadi proseslərin makroiqtisadi modelləşdirilməsi, qlobal problemlərin formalaşdırılması və həlli sahələrində əsərləri ilə tanınır.

Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu?