25 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
“Azərbaycan Duz İstehsalat Birliyi” QSC və “Sun Food” MMC barədə qaldırılmış işə baxılması yekunlaşıb

“Azərbaycan Duz İstehsalat Birliyi” QSC və “Sun Food” MMC barədə qaldırılmış işə baxılması yekunlaşıb

“Azərbaycan Gön-Dəri İstehsalçıları Assosiasiyası” İctimai Birliyinin İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciəti əsasında “Azərbaycan Duz İstehsalat Birliyi” QSC və “Sun Food” MMC tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılıb.

“Azərbaycan Duz İstehsalat Birliyi” QSC tərəfindən istehsal edilən və “Sun Food” MMC tərəfindən daxili bazarda satılan duz məhsullarının qiymətlərində müşahidə olunan dəyişikliklər Dövlət Xidməti tərəfindən təhlil edilib. Təhlil nəticələrinə əsasən, duz məhsullarının topdan satışını qanunvericiliyin tələblərini pozmaqla həyata keçirdiyi üçün “Azərbaycan Duz İstehsalat Birliyi” QSC-yə qeyri-qanuni fəaliyyət nəticəsində əldə etdiyi 690 473 manat məbləğində, Sun Food” MMC-yə isə 567 974 manat məbləğində mənfəətin dövlət büdcəsinə ödənilməsi barədə göstəriş verilib.

“Azərbaycan Duz İstehsalat Birliyi” QSC və “Sun Food” MMC-yə duz məhsullarının topdan satışı zamanı müəyyən edilmiş əsassız qiymət artımının aradan qaldırılması və qiymətlərin iqtisadi qanunauyğunluqlar əsasında müəyyən edilməsi barədə göstəriş verilib. Əlavə olaraq, Dövlət Xidməti tərəfindən verilmiş göstərişə əsasən, “Azərbaycan Duz İstehsalat Birliyi” QSC duz məhsullarının istehsalı və satışı zamanı rəqabəti təmin etməli, duz məhsullarının satışı ilə bağlı müraciət etmə qaydası və şərtlərini müəyyən edərək internet informasiya ehtiyatlarında açıqlamalıdır.

VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur?