25 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Kredit faizlərinə məhdudiyyət qoyulmayacaq

Kredit faizlərinə məhdudiyyət qoyulmayacaq

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov kütləvi informasiya vasitələri üçün keçirdiyi mətbuat konfransında ölkədə kredit faizlərinə məhdudiyyət qoyulması ilə bağlı hazırlanmış qanun layihəsinə münasibət bildirib. Qeyd edib ki, Azərbaycanda kredit faizlərinə məhdudiyyət qoyulması məsələsi ən yüksək səviyyədə müzakirə edilib və artıq gündəmdən çıxıb: "Bizim bu məsələyə münasibətimiz əvvəlcədən mənfi olub. Düşünürük ki, bu, ölkə Prezidentinin elan etdiyi uzunmüddətli struktur islahatlarına və dərin bazar iqtisadiyyatına keçid istiqamətində görülən işlərə ziddir. Təklif olunan məsələni dərindən araşdırmışıq. Bu təcrübədən aşağı gəlirli ölkələrdə istifadə olunur. Yəni, inflyasiya iqtisadi üsullarla idarə olunmursa, qanunvericiliklə bağlı addımlara əl atılır. Xüsusilə maliyyə savadlılığı aşağı olan ölkələrdə banklar istehlak kreditlərində sələmçilik faizlərinə əl atırlar və buna qarşı dövlət səviyyəsində müəyyən tədbirlər görülür".

"Kredit faizlərinə tavan müəyyən edilməsi iqtisadiyyatın qeyri-bazar üsulları ilə tənzimlənməsinə, maliyyə sektoru ilə real sektor arasında əlaqələrə zərbə vurulmasına gətirib-çıxara bilər. Artıq təkliflər səslənirdi ki, əmanət faizlərinə də tavan qoyulsun. Bu, sosial baxımdan nə dərəcədə doğru ola bilər? Əmanətlər əhalinin mülkiyyətidir. Bundan başqa, faizlərə məhdudiyyət bank sektorundan pulların kənarlaşmasına, "kölgə" bankçılığının inkişafına apara bilər", - Elman Rüstəmov deyib.

VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur?