5 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İtaliya Azərbaycanın uzunmüddətli əsas ticarət tərəfdaşıdır

Artıq uzun müddətdir ki, İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşı rolunu oynayır. Ölkəmizin istər ticarət dövriyyəsində, istərsə də ixrac əməliyyatlarında İtaliya öz birinciliyini qorumaqdadır.

İki ölkə arasındakı ticari əlaqələrin statistik göstəricilərinə nəzər salsaq, sürətli artım tempini müşahidə edərik. Belə ki, cari ilin yanvar-iyul aylarında Azərbaycan ilə İtaliya arasında ticarət dövriyyəsi 11 milyard 73 milyon 487 min ABŞ dolları olub və bu rəqəm ötən illə müqayisədə 2,5 dəfə çoxdur (ötən il 4 milyard 618 milyon 952 min ABŞ dolları olub).

Azərbaycandan İtaliyaya ixracın dəyəri 10 milyard 901 milyon 469 min dollardır. Bu isə ötən ilin müvafiq dövrünə nisbətən 6 milyard 544 milyon 85 min dollar artım deməkdir. İxracda əsas payı mineral yanacaq, neft və onların qovulma məhsulları, bitum tərkibli maddələr, mineral mumlar tutur.

Ölkəmiz yeddi ayda İtaliyadan 172 milyon 18 min dollar dəyərində məhsul idxal edib ki, bunlara əsasən nüvə reaktorları, qazanlar, avadanlıq və mexaniki qurğular, onların hissələri, qara metallardan məmulatlar və əczaçılıq məhsulları aiddir.

Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması