19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“AzerGold” QSC-nin “Təqaüd proqramı” müsabiqəsi çərçivəsində test imtahanı keçiriləcək

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən dağ-mədən sahəsi üzrə təhsil alan ali məktəb tələbələri üçün elan edilmiş ikinci “Təqaüd proqramı” müsabiqəsinin test imtahanı mərhələsinə start verilir.

Qeyd edək ki, müsabiqədə iştirak üçün daxil olmuş bütün müraciətlərə aidiyyəti üzrə baxılaraq, əvvəlcədən elan edilmiş şərtlərə cavab verən bütün namizədlər test imtahanı mərhələsində iştirak hüququ əldə ediblər.

İmtahan 13 avqust 2022-ci il tarixində saat 10:00-da “AzerGold” QSC-nin baş ofisində keçiriləcək. İmtahanda iştiraka dair rəsmi bildiriş alan namizədlərdən 13 avqust tarixində, saat 09:40-dan gec olmayaraq Bakı şəhəri, Mikayıl Müşfiq küçəsi 2H ünvanına gəlmələri xahiş olunur. İmtahanın müddəti 1 saatdır.

Müsabiqəyə dair əlavə məlumat əldə etmək üçün linkə keçid edə bilərsiniz.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?