17 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Media nümayəndələri “Tovuz Aqro” MMC-nin fəaliyyəti ilə tanış olublar

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) təşkilatçılığı ilə “Tovuz Aqro” MMC-nin Tovuz rayonun Çeyrançöl ərazisində yerləşən aqroparkına mediatur təşkil edilib.

Media nümayəndələrinə “Tovuz Aqro” MMC-nin fəaliyyəti, görülmüş işlər barədə məlumat verilib. Bildirilib ki, aqropark 3 fəaliyyət istiqaməti - ətlik heyvandarlıq, əkinçilik və ət emalı sahələri üzrə ixtisaslaşıb.

İndiyədək aqroparka 22,7 milyon manat investisiya yatırılıb. Ümumi ərazisi 550 hektar olan aqroparkda 75 nəfər daimi, 19 nəfər isə mövsümi işlə təmin edilib.

2021-ci ildə aqroparkda 800 ton arpa, 1000 ton buğda, 240 ton dən qarğıdalı, 973 ton ət, cari ilin 6 ayında isə 1200 ton buğda, 994 ton arpa, 465 ton yonca, 362 ton ət istehsal edilib.

“Tovuz Aqro”da ümumi tutumu 3000 kub m.həcmində müasir taxıl anbarı, istehsal gücü saatda 10 ton olan yem zavodu və ümumi tutumu 40 ton olan soyducu kameralar fəaliyyət göstərir. Aqroparkın 1500 başlıq heyvandarlıq kompleksində 1200 baş cins iribuynuzlu heyvan saxlanılır.

Aqroparka İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 7 mln. manat güzəştli kredit verilib. Bundan başqa, Nazirlik tərəfindən verilmiş investisiya təşviqi sənədi sayəsində texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 0,29 mln. manata qənaət edilib.

Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri