25 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Misirlə iqtisadi-ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə olunub

Misirlə iqtisadi-ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə olunub

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Misir xarici işlər nazirinin Avropa məsələləri üzrə köməkçisi İhab Nasr ilə görüşüb.

Nazirin birinci müavini Misirlə əlaqələrə önəm verildiyini vurğulayıb, Misirin İnqilab Günü münasibətilə İhab Nasrı təbrik edib. Qeyd edilib ki, ölkələrimiz bir sıra sahələrdə, o cümlədən, beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir, Misirlə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinə önəm verilir. Bu sahədə əlverişli platforma olan Azərbaycan və Misir arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın Bakıda keçirilmiş sonuncu iclasında imzalanmış sənədlər işgüzar dairələr arasında tərəfdaşlığın inkişafına xidmət edir. Bununla yanaşı, iş adamlarının birbaşa əlaqələrinin qurulması, tərəfdaşlığın inkişafı baxımından biznes forumların, ticarət missiyalarının təşkili, sərgilərdə qarşılıqlı iştirak əhəmiyyətli tədbirlərdir.

İnvestisiya əməkdaşlığı barədə danışan Elnur Əliyev iqtisadiyyatın digər sahələri ilə yanaşı, Misir iş adamlarını işğaldan azad olunmuş ərazilərimizdə layihələrin həyata keçirilməsində iştiraka dəvət edib.

Misir xarici işlər nazirinin Avropa məsələləri üzrə köməkçisi İhab Nasr ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb, tərəfdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.

Görüşdə ikitərəfli iqtisadi-ticarət, investisiya əməkdaşlığının genişləndirilməsi barədə müzakirə aparılıb.

VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur?