19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Litva ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Litva Respublikası Seyminin Litva-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Kazis Strakeviçyusun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə əlaqələrin genişləndirilməsinin önəmi vurğulanıb, qarşılıqlı rəsmi səfərlərin və keçirilən görüşlərin tərəfdaşlığın inkişafında rolu qeyd edilib. Diqqətə çatdırılıb ki, ölkələrimiz arasında bir sıra istiqamətlər, o cümlədən enerji, ticarət, qarşılıqlı investisiyalar, İT, təhsil, səhiyyə və s. sahələrdə, həmçinin Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” təşəbbüsü və Tvinninq layihələri çərçivəsində əməkdaşlıq həyata keçirilir. Bildirilib ki, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və İqtisadi Zonaların İnkişafı Agentliyi ilə Litvanın müvafiq qurumları arasında əlaqələrin qurulması, birgə tədbirlərin, biznes forum və işgüzar görüşlərin təşkili, nəqliyyat-tranzit, işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulmasında, sənaye parklarında, Ələt Azad İqtisadi Zonasında həyata keçirilən layihələrdə Litva şirkətlərinin iştirakı, rəqəmsal iqtisadiyyat və innovativ inkişaf sahələrində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur.

Tərəflər iqtisadi əlaqələrin hazırkı vəziyyəti və genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?