22 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bakıda Azərbaycan-Gürcüstan biznes forumu keçirilib

İyunun 29-da İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Azərbaycan Sahibkarlıq Konfederasiyası (ASK), Azərbaycan Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı ilə Bakıda Azərbaycan-Gürcüstan biznes forumu keçirilib.

Tədbirdə Azərbaycan və Gürcüstan tərəfindən rəsmi şəxslərlə yanaşı, enerji, nəqliyyat və logistika, hüquq və maliyyə konsaltinqi, qida, tikinti, turizm, tibb və sair sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak edib.

Biznes forumda Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze, Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov, AZPROMO-nun müşaviri Zöhrab Qədirov ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdiyini, biznes dairələrinin əlaqələrinin genişləndiyini vurğulayıb, iqtisadi-ticarət tərəfdaşlığının gücləndirilməsində biznes forumların, işgüzar görüşlərin əhəmiyyətini qeyd ediblər. Tədbir çərçivəsində Ələt Azad İqtisadi Zonası ilə “Hualing” Kutaisi Azad Sənaye Zonası arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Biznes forum hər iki ölkənin sahibkarları arasında ikitərəfli görüşlərlə və Gürcüstan məhsullarının nümayişi ilə davam edib.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?