15 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan şirkətləri tərəfindən Gürcüstan iqtisadiyyatına 3,5 milyard ABŞ dollarından çox sərmayə qoyulub

Azərbaycan Gürcüstanın ən böyük ticarət tərəfdaşı olmaqla, bu ölkəyə ən çox sərmayə yatıran ölkələrdən biridir.

Bu sözləri Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Sərxan İsmayılov Azərbaycan-Gürcüstan biznes forumundakı çıxışı zamanı söyləyib.

Onun sözlərinə görə, Azərbaycan şirkətləri tərəfindən indiyədək Gürcüstan iqtisadiyyatına 3,5 milyard ABŞ dollarından çox sərmayə qoyulub. Təkcə SOCAR tərəfindən Gürcüstan iqtisadiyyatına təxminən 1,5 milyard dollar həcmində investisiya yatırılıb.

Azərbaycan şirkətləri, o cümlədən SOCAR Gürcüstanın ən böyük vergi ödəyiciləridir. Həmçinin, bu şirkətlər tərəfindən yatırılan sərmayələr hesabına Gürcüstanda minlərlə iş yeri yaradılıb.

Diplomat deyib ki, statistikaya əsasən, Gürcüstanda 3000-ə yaxın Azərbaycan kapitallı şirkət qeydiyyatdan keçib və onlardan təxminən 1000-dən artığı aktivdir.

Azərbaycan şirkətləri əsasən enerji, nəqliyyat və kommunikasiya, tikinti, istehsalat, mehmanxana və restoran xidmətləri, daşınmaz əmlak, maliyyə və dağ-mədənə sərmayə qoyublar.

Eyni zamanda, Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində, o cümlədən qeyri-neft sektorunda fəaliyyət göstərən Gürcüstan kapitallı 600-ə yaxın şirkət qeydiyyatdan keçib və onlar da uğurlu fəaliyyət göstərirlər.

VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı?