2 Oktyabr 2023

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanda “İT-Akademiya” fəaliyyətə başlayır

Azərbaycan Respublikasının Təhsil və İqtisadiyyat nazirlikləri tərəfindən rəqəmsal sahədə yeni peşəyə yiyələnmək istəyənlər üçün “İT-Akademiya” təhsil layihəsinə start verilir.

2022-ci ilin avqust ayında başlayacaq layihə “Alqoritmika” Beynəlxalq Riyaziyyat və Proqramlaşdırma Məktəbinin iştirakı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və “Baku Steel Company”nin dəstəyi ilə həyata keçirilir.

Təhsil xərclərinin əsas hissəsi layihənin təşkilatçıları və tərəfdaşları tərəfindən ödəniləcək. Bu isə təhsil alanların maliyyə yükünü əhəmiyyətli dərəcədə azaldacaqdır.

Layihədə 25 yaşdan yuxarı şəxslər iştirak edə bilər. Namizədlər alqoritmik təfəkkür üzrə test verməlidir. Birinci mərhələdən uğurla keçənlər müsahibə mərhələsində iştirak hüququ qazanacaqlar. Bu mərhələnin nəticələrinə əsasən 300 namizəd “İT-Akademiya”nın tələbəsi olacaq.

Rəqəmsallaşma sosial-iqtisadi inkişafın əsas hərəkətverici qüvvələrindəndır. Rəqəmsal iqtisadiyyatın potensialından daha çox istifadə etmək bacarığı böyük rəqabət üstünlüyü yaradır. Bu sahədə insan kapitalının inkişafı xüsusilə önəmlidir. Məhz ixtisaslı İT mütəxəssislərinin olması ölkənin iqtisadi potensialının inkişafı üçün möhkəm zəmin yaradır.

“İT-Akademiya”nın məqsədi İT bazarının inkişafına dəstək göstərilməsi və bu sahədə təhsil sisteminin təkmilləşdirilməsinin sürətləndirilməsidir. Layihə iştirakçıları veb tərtibatçı, sistem administratoru (inzibatçı) və testləşmə üzrə mühəndis peşələri üzrə lazımi biliklər əldə edəcəklər.

Dərslər iki mərhələ üzrə - 2022-ci ilin avqust və noyabr aylarında keçiriləcək. Tədris onlayn və əyani rejimdə olmaqla 5 ay davam edəcək. Kursları müvəffəqiyyətlə bitirənlərə sertifikat veriləcək. Tədris prosesində tələbələr peşəkar təcrübə və real məsələlərin həllində praktiki bacarıqlar əldə edəcəkllər. Əmək bazarında bu sahəyə artan tələbat fonunda “İT-Akademiya”nın məzunları asanlıqla iş tapa biləcəklər.

“İT-Akademiya”da təhsil almaq istəyənlər http://it-academy.az/?utm_source=press&utm_medium=pr&utm_campaign=launch_az&utm_content=article&utm_term=first keçidindən istifadə etməklə qeydiyyatdan keçməlidir.

VergiFrilanser kimi çalışan vergi ödəyicisinin hansı öhdəlikləri yaranır? VergiÖdənişin nağd qəbuluna görə maliyyə sanksiyası hansı məbləğə tətbiq olunur? İqtisadiyyatAYİB Azərbaycanda iqtisadi artım proqnozlaşdırır SosialMəcburi işburaxma dövrü üçün əməkhaqqı məbləğinin hesablanması VergiTexnologiyalar parkının rezidentinin əməkdaşlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİctimai iaşə xidməti göstərən müəssisədə ƏDV-nin geri qaytarılması necə aparılır? İqtisadiyyatYenilənmiş 5 qəpiklik metal pul nişanı tədavülə buraxılıb Vergi20 Yanvar şəhidinin ailə üzvlərinin hansı vergi güzəşti mövcuddur? Vergiİdxalı əvəz edən mal istehsalçıları hansı vergilərdən azaddır? MüsahibələrMahmud Ul-Həssan Xan: “Pakistan şirkətlərinin Azərbaycan iqtisadiyyatına sərmayə qoymaq üçün böyük imkanları var” MÜSAHİBƏ