7 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Ağsu Aqropark”da məhsul yığımı

Ağsu rayonunun Çiyni kəndində 1764 hektar ərazidə yaradılan aqroaparkda taxıl yığımına başlanılıb. İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) təşkilatçılığı ilə bir qrup KİV nümayəndəsinin iştirakı ilə mediatur təşkil edilib.

Məlumat verilib ki, əkinçilik və heyvandarlıq üzrə ixtisaslaşmış aqroparkın 1281 hektarında arpa, buğda, qarğıdalı və yonca əkilib. Aqroparkın 1600 başlıq heyvandarlıq kompleksində 1264 baş südlük və ətlik cins iribuynuzlu heyvan saxlanılır. Kompleksin illik istehsal gücü 4200 ton süd, 900 ton ət təşkil edir.

İndiyədək aqroparka 18 mln. manat investisiya qoyulub. İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş investisiya təşviqi sənədi əsasında sahibkar texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 1,42 mln. manat vəsaitə qənaət edib. 2021-ci ildə aqroparkda 2584 ton arpa, 3143 ton buğda, 4963 ton silos qarğıdalı, 1395 ton dən qarğıdalı, 444 ton yonca, 2 838 ton süd və 66 ton ət istehsal edilib. Aqroparkda 200 daimi, 250 mövsümi iş yeri yaradılıb.

“Ağsu Aqropark”da ümumi tutumu 13 500 kub m. olan 9 taxıl anbarı, ümumi tutumu 1000 kub m. olan 10 silos anbarı mövcuddur.

Bundan başqa, aqroparkda müasir standartlara uyğun günlük istehsal gücü 120 ton olan toxum, 150 ton olan yem zavodları fəaliyyət göstərir.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?