19 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bu ilin ilk 5 ayı ərzində özəlləşdirmə və icarədən dövlət büdcəsinə 28 milyon manat vəsait daxil olub

Ölkəmizdə özəlləşdirmə sahəsində prosedurların sadələşdirilməsi, hərracların elektron müstəviyə keçidi, o cümlədən bu sahədə onlayn xidmətlərin tətbiqi, özəlləşməyə çıxarılan dövlət əmlakının müxtəlifliliyi investorların, alıcıların daha çox cəlb edilməsinə istiqamətlənib.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2022-ci ilin yanvar-may ayları ərzində 33 hərrac keçirilib. Hərraclarda 13 səhmdar cəmiyyətinin səhm paketi, 9 kiçik dövlət müəssisəsi və obyekti, 1 yarımçıq tikili, 273 nəqliyyat vasitəsi özəlləşdirilib.

Cari ilin ilk 5 ayı ərzində hərraca çıxarılmış dövlət əmlakı üzrə 187 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 55 onlayn qoşulma reallaşıb. 2022-ci ilin yanvar-may ayları ərzində hərrac vasitəsilə 11 faydalı qazıntı yatağı istismara verilib.

Bu ilin yanvar-may ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 17,7 milyon manatdan çox olub.

Bu ilin yanvar-may ayları ərzində dövlət əmlakının icarəyə verilməsi sahəsində yüksək nəticələr əldə edilib. Daşınmaz dövlət əmlakının səmərəli istifadə edilməsi və icarədən yayınmış obyektlərin icarəyə cəlb edilməsi məqsədilə aparılmış nəzarət və maarifləndirmə tədbirləri nəticəsində bağlanılmış icarə müqavilələrinin sayında artım qeydə alınıb. Belə ki, ilin ilk 5 ayı ərzində ümumilikdə 1 539 yeni icarə müqaviləsi bağlanılıb. Bundan 393-ü qeyri-yaşayış sahələri üzrə, 1 146-sı isə torpaq sahələrinə dair olub. 2021-ci ilin yanvar-may ayları ilə müqayisədə 987 ədəd və ya 2,8 dəfə çoxdur.

Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən bu ilin ilk 5 ayı ərzində dövlət büdcəsinə ümumilikdə 10,3 milyon manata yaxın vəsaitin ödənilməsi təmin olunub.

Beləliklə, bu ilin yanvar-may ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən ümumilikdə 28 milyon manat vəsait büdcəyə ödənilib.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?