11 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yanvar-may aylarında sənaye istehsalı artıb

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2022-ci ilin yanvar-may aylarında 34,9 milyard manatlıq və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,3 faiz çox sənaye məhsulu istehsal edilib. Neft-qaz sektorunda məhsul istehsalı 1,1 faiz, qeyri neft-qaz sektorunda isə 14,3 faiz artıb.

Sənaye məhsulunun 75,7 faizi mədənçıxarma sektorunda, 20,3 faizi emal sektorunda, 3,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 2,7 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 18,5 faiz artıb.

Emal sektorunda sair nəqliyyat vasitələrinin istehsalı 4,5 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,9 dəfə, əczaçılıq məhsullarının istehsalı 2,1 dəfə, tikinti materiallarının istehsalı 64,0 faiz, mebel istehsalı 60,7 faiz, elektrik avadanlıqlarının istehsalı 56,7 faiz, maşın və avadanlıqların istehsalı 51,9 faiz, geyim istehsalı 50,6 faiz, hazır metal məmulatlarının istehsalı 43,3 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 34,2 faiz, kimya sənayesi məhsullarının istehsalı 25,2 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 19,9 faiz, kağız və karton istehsalı 17,5 faiz, qida məhsullarının istehsalı 8,9 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 6,8 faiz artmış, kompüter, elektron və optik məhsulların istehsalı 4,3 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 4,7 faiz, tütün məmulatlarının istehsalı 7,2 faiz, içkilərin istehsalı 10,4 faiz, neft məhsullarının istehsalı 18,4 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 20,5 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 24,6 faiz azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,4 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 9,2 faiz artıb.

VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı? VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?