2 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

KİV nümayəndələri 195-1 Çağrı Mərkəzi ilə tanış olublar REPORTAJ

Mayın 11-də İqtisadiyyat Nazirliyinin 195-1 Çağrı Mərkəzinə mediatur təşkil edilib.

KİV nümayəndələrinə məlumat verilib ki, nazirlik üzrə vahid platforma – 195-1 Çağrı Mərkəzinin yaradılmasında məqsəd vətəndaşların İqtisadiyyat Nazirliyinə və qurumlarına (Dövlət Vergi Xidməti, Əmlak Məsələləri Dövlət Xidməti, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti) müraciətinin daha da asanlaşdırılması və vətəndaş məmnunluğunun yüksəldilməsidir.

Bildirilib ki, İqtisadiyyat Nazirliyi və qurumlarına "195-1" qaynar xətti vasitəsilə ölkənin istənilən regionundan birbaşa zəng etmək olar. Çağrı Mərkəzi tərəfindən göstərilən xidmətlər ödənişsizdir.
Çağrı Mərkəzinin xidmətlərindən istifadə etmək üçün bütün nömrələrdən, heç bir koddan istifadə etmədən birbaşa “195-1” nömrəsinə zəng edilə bilər.

Çağrı Mərkəzində nəzərdə tutulan əsas xidmətlər:

- Qanunvericiliyə və inzibatçılığa dair sualların birbaşa və ya araşdırılaraq cavablandırılması;

- Elektron xidmətlərdən istifadə zamanı yaranan çətinliklərin araşdırılaraq (çətinliyin aradan qaldırılması təmin edilməklə) cavablandırılması;

- Şikayətlərin, təkliflərin və məlumatların qəbulu və aidiyyəti üzrə göndərilməsi;

- Zəng sifarişlərinin və digər müraciətlərin qəbulu;

- Buraxılmış zənglər və zəng sifarişləri üzrə əlaqə yaradaraq müvafiq xidmətin göstərilməsi;

- Əməliyyatların aparılması (əməliyyat xarakterli xidmətlərin göstərilməsi);

- Rəhbər vəzifəli şəxslərin qəbuluna yazılmanın həyata keçirilməsi;

- Səsli menyu vasitəsilə ümumi məlumatların verilməsi və s.

Çağrı Mərkəzi iş günləri saat 09:00-dan 18:00-dək fasiləsiz olaraq fəaliyyət göstərir.

İqtisadiyyat Nazirliyinin sektor müdiri Dürdanə Əhədova “vergiler.az”a bildirdi ki, nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumlar tərəfindən əhaliyə müxtəlif platformalarda və formatlarda çoxçeşidli xidmətlərin göstərilməsi ilə əlaqədar vahid yanaşmanın tətbiqinə zərurət yaranmışdı: “Bu səbəbdən də İqtisadiyyat Nazirliyinin vahid platforması - 195-1 Çağrı Mərkəzi yaradıldı. İqtisadiyyat Nazirliyi üzrə vahid çağrı mərkəzi dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili qaydaları nəzərə alınaraq, vergi, əmlak, rəqabət, istehlakçı hüquqları və nazirliyin digər xidmətləri üzrə müraciətlərin operativ cavablandırılması və araşdırılması, çağrı mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi, vətəndaş məmnunluğunun əldə edilməsi üzrə işə töhfə vermək məqsədi ilə təşkil edilib”.

İqtisadiyyat Nazirliyinin 195-1 Çağrı Mərkəzinin Zəngetmə və məlumatlandırma sektorunun məsləhətçisi Əminə Kərimova bildirdi ki, müraciət edən şəxslərin əksəriyyəti vergi ödəyiciləridir: “Qanunvericiliklə bağlı suallar tərəfimizdən cavablandırılır, həmçinin müraciətlər qeydə alınır. Şikayət xarakterli müraciətlər olduğu zaman vətəndaşın şəxsi məlumatları götürülür, daha sonra şikayətin məzmunu üçün məlumatlar dəqiqləşdirilir. Bütün məlumatlar toplandıqdan sonra qısa vaxt ərzində məlumat tərəfimizdən formalaşdırılır. Cavab göndərilməsi üçün ünvan məlumatları qeyd olunduqdan sonra aidiyyəti üzrə məktub rəhbər şəxslərə göndərilir”.

Elxan İSAYEV

VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması VergiHəlak olmuş döyüşçülərin dul arvadlarının və övladlarının vergi güzəşti hüququ