23 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Fərdi qaydada fəaliyyət göstərən şəxslər də sosial sığorta ödənişi ala bilərlər

"Sosial sığorta haqqında" Qanunun 4-cü maddəsinə əsasən, sosial sığorta hadisəsi baş verdikdə sığortaolunanın sığorta təşkilatından sığorta ödəməsi almaq hüququ yaranır. Sosial sığorta ödəmələrinin vaxtında verilməsini tələb etmək sığortaolunanın hüququdur.

Hüquqşünas Elnur Əliyev fərdi qaydada fəaliyyət göstərən vəkillərin, sərbəst mühasiblərin, auditorların, sahibkarların və özü-özünü sosial sığorta edən digər şəxslərin xəstələndikləri halda əmək qabiliyyətini itirməyə görə müavinət almaq hüquqları barədə bildirib ki, Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnaməyə görə, sosial sığorta haqqını fərqli qaydada (ölkə üzrə müəyyən edilmiş minimum aylıq əməkhaqqına və ya qonorara nisbətdə) ödəyən və iş vaxtının uçota alınması mümkün olmayan şəxslərə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət hesablanarkən qazanc kimi sosial sığortaya cəlb edilən gəlirləri (qonorar və s.) əsas götürülür. Bu zaman vəkilin, notariusun, sərbəst auditorun və sərbəst mühasibin müavinətin hesablanması üçün götürülən orta gündəlik qazancı, Dövlət Statistika Komitəsinin məlumatına uyğun olaraq, əvvəlki ildə respublika üzrə orta gündəlik qazancın məbləğindən artıq olmamalıdır. Belə şəxslərə müavinət əmək qabiliyyətinin müvəqqəti itirilməsinin baş verdiyi aydan etibarən əvvəlki son 1 ilin 6 ayında sosial sığorta haqqını müəyyən edilmiş müddətdə ödədikdə və əmək qabiliyyətinin müvəqqəti itirilməsinin baş verdiyi tarixə sosial sığorta haqqı üzrə borcu olmadıqda, ödədiyi sosial sığorta haqları hesabına verilir.

Müavinəti almaq üçün vəkillər, sərbəst mühasiblər, auditorlar, sahibkarlar və öz-özünü sosial sığorta edən digər şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun rayon şöbələrinə müraciət etməlidirlər. Bu kateqoriyadan olan şəxslər xəstələndikdə və ya hamiləlik zamanı poliklinikadan aldıqları xəstəlik vərəqələrini (bülleten), uşaqları olduqda isə doğum şəhadətnamələrini müraciətlərinə əlavə etməlidirlər.

Beləliklə, vəkillərin, mühasiblərin, sahibkarların və öz-özünü sosial sığorta edən digər şəxslərin sosial sığorta haqqı ödəmək vəzifəsi ilə yanaşı, əmək müqaviləsi ilə işləyənlər kimi xəstələndikdə, uşağı olduqda və s. hallarda müavinət almaq hüquqları vardır və bu hüquqdan istifadə etmək üçün zəruri sənədlərlə müraciət etmək kifayət edir.

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?