18 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Tərtərdə karxana sahibləri ilə görüş keçirilib

Karxana fəaliyyəti ilə məşğul olan sahibkarların bu sahənin hüquqi normaları haqqında maarifləndirilməsi və onların qarşılaşdıqları problemlərin həllinə dəstək məqsədilə görüşlər davam edir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin əməkdaşları Tərtər rayonunda karxana fəaliyyəti ilə məşğul olan sahibkarlarla görüşüb.

Ekologiya və Təbii Sərvətlər, İqtisadiyyat nazirliklərinin, Meliorasiya və Su Təsərrüfatı ASC-nin, KOBİA-nın, Tərtər Rayon İcra Hakimiyyətinin, Qum, Çınqıl və Daş İstehsalçıları Assosiasiyasının nümayəndələrinin iştirak etdiyi tədbirdə karxana sahiblərinin problemləri fəaliyyət göstərdikləri ərazilərə baxış keçirilməklə yerində dinlənilib. Görüşdə karxana sahiblərinə və bu sektorda fəaliyyətə maraq göstərən şəxslərə karxana fəaliyyətinin hüquqi əsasları, faydalı qazıntı yataqlarının istismar qaydaları, sahibkarlar üçün alternativ yataqların müəyyən edilməsi barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu?