11 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Səudiyyə Ərəbistanı ilə əməkdaşlığın inkişafı müzakirə edilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov və Səudiyyə Ərəbistanı Krallığının iqtisadiyyat və planlaşdırma naziri Faisal Al-İbrahim arasında onlayn görüş keçirilib.

İqtisadiyyat naziri iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi, eləcə də qarşıdan gələn Ramazan bayramı münasibətilə təbriklərini çatdırıb, ölkəmizdə Səudiyyə Ərəbistanı ilə əlaqələrin inkişafına önəm verildiyini qeyd edib. Vurğulanıb ki, ölkələrimizin biznes dairələri arasında işgüzar münasibətlər inkişaf edir, ticarət-investisiya əməkdaşlığı əlaqələrimizin əsas istiqamətlərindəndir.

Səudiyyə Ərəbistanı investorlarının işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması prosesində iştirakının əhəmiyyətini diqqətə çatdıran nazir həmçinin, Azərbaycanda kənd təsərrüfatının prioritet sahələrinə investisiya qoyuluşu və birgə müəssisələrin yaradılması, məhsullarımızın Səudiyyə Ərəbistanına ixracı, KOB sahəsində qarşılıqlı təmasların artırılması, investisiya və biznes imkanları mövzusunda hər iki ölkədə tədbirlərin keçirilməsi və s. barədə fikirlərini bölüşüb.

Səudiyyə Ərəbistanı Krallığının iqtisadiyyat və planlaşdırma naziri Faisal Al-İbrahim ölkəsində Azərbaycanla tərəfdaşlığa xüsusi önəm verildiyini, əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb, ölkələrimiz arasında çoxsahəli əməkdaşlığın gücləndirilməsi üçün həyata keçirilən tədbirlərin yeni birgə layihələrin reallaşdırılmasına, iqtisadi-ticarət münasibətlərimizin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

Görüşdə tərəflər iqtisadi münasibətlərin təşviqi, ticarət əlaqələrimizin davamlı inkişafı, investisiya sahəsində yeni əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?