5 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadiyyat Nazirliyində könüllülər sırasına qoşulmaq istəyənlərin nəzərinə!

İqtisadiyyat Nazirliyində növbəti könüllü fəaliyyəti təşkil edilir. Bununla bağlı müraciətlər 30 aprel 2022-ci il tarixinədək qəbul ediləcək.

Könüllülər sırasına qoşulmaq istəyən gənclər İqtisadiyyat Nazirliyinin www.economy.gov.az internet səhifəsində “Könüllü fəaliyyəti” bölməsinə daxil olmaqla elektron müraciət edə və ya CV-ni Nazirliyə (Bakı şəhəri, Heydər Əliyev prospekti, 155) təqdim edə bilərlər.

Nazirlikdə könüllü fəaliyyət müddəti 3 aydır. Könüllülərlə müqavilə müddəti tərəflərin qarşılıqlı razılığına uyğun olaraq uzadıla bilər. Könüllülük müddətini uğurla başa vuran gənclərə sertifikatlar veriləcək.

Qeyd edək ki, könüllülərin seçimi zamanı dil (ingilis, rus) və kompüter biliklərinə, dövlət qulluğu vəzifələri üzrə müvafiq sertifikata malik olan şəxslərə üstünlük veriləcək.

Əlavə məlumat almaq üçün: Pünhan Cəfərov, tel: 310-28-00, daxili 21-47; e-mail: [email protected]

Qeyd: Müraciət edən könüllülərin COVİD-19 pasportuna və ya COVİD-19-a qarşı immunitet sertifikatına malik olması mütləqdir.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?