19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ənənəvi qida məhsullarının təkmilləşdirilmiş təşviqi və marketinqi layihəsi başa çatdı

Avropa İttifaqının maliyyələşdirdiyi, İqtisadiyyat Nazirliyi və Nazirliyin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə əməkdaşlıq çərçivəsində həyata keçirilmiş “Ənənəvi qida məhsullarının təkmilləşdirilmiş təşviqi və marketinqi” texniki yardım layihəsi başa çatıb.

Layihə 2019-cu ilin may ayından etibarən Gəncə-Daşkəsən, Qazax-Tovuz, Quba-Xaçmaz, Mərkəzi Aran, Mil-Muğan və Şirvan-Salyan iqtisadi rayonlarında həyata keçirilib. Layihə çərçivəsində ənənəvi kənd təsərrüfatı və ərzaq məhsullarının təşviqi və marketinqinə təsir edən qanunvericilik təhlil olunub və tövsiyyələr hazırlanıb, hədəf qrupları üçün təlim, seminar və dəyirmi masalar təşkil olunub, məktəblilərin və ictimaiyyətin sağlam qidalanması və bəslənməsi haqqında tədris materialı, tələbələr üçün “Azərbaycanın ənənəvi qida məhsulları, bəslənmə və sağlam qidalanma” adlı kurrikulum hazırlanıb, 10 adda ənənəvi qida məhsulları müəyyən edilərərək onların təşviqi istiqamətində tədbirlər görülüb.

Aprelin 1-də İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin, KOBİA, Qida Təhlükəsizliyi Agentliyinin və digər dövlət qurumlarının nümayəndələrinin, eləcə də beynəlxalq və yerli ekspertlərin iştirakı ilə layihənin yekunlarına həsr olunmuş tədbir keçirilib.

Tədbirdə KOBİA-nın İdarə Heyəti sədrinin müavini Rüfət Atakişiyev, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin əməkdaşlıq şöbəsinin müdiri Viktor Bajkov, layihə direktoru Volodimir Yakubov, layihə rəhbəri Manfred Şüssel və ekspertlər müvafiq olaraq kənd təsərrüfatı və ənənəvi qida məhsullarının təşviqinin və marketinqinin önəmi, layihə çərçivəsində əldə olunmuş nəticələr, istifadə olunmuş alət və metodlar, müvafiq qurumların birgə fəaliyyəti barədə fikirlərini bölüşüblər. Qeyd olunub ki, kənd təsərrüfatının, eləcə də mikro, kiçik və orta müəssisələrin davamlı inkişafı üçün ənənəvi qida məhsulları önəmlidir. Azərbaycan kənd təsərrüfatı və qida sahələrində böyük potensiala malikdir. Ənənəvi qida məhsullarının satışının artması, xarici bazarlara çıxarılması və daha çox tanınması üçün bu məhsullar milli və beynəlxalq səviyyədə geniş təşviq olunmalı, sistemli marketinq siyasəti aparılmalı, istehsalçılar arasında marketinqə dair tədbirlər gücləndirilməlidir. Eyni zamanda ənənəvi qida məhsulları üçün keyfiyyət təminatı sxemlərinin və keyfiyyət standartlarının tətbiqi təhlükəsizliyin təmin edilməsi, məhsulun daha çox və yüksək qiymətə satılması baxımından vacibdir.

Sonda layihə çərçivəsində əldə olunmuş nəticələrə dair tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?