17 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Cənub Qaz Dəhlizi ilə Avropa İttifaqına qaz ixracını artırmaq mümkündür

Artıq bir ildən çoxdur ki, Azərbaycan qazı Avropaya ixrac olunmağa başlayıb. Keçən bu müddət ərzində 10 milyard kubmetrə yaxın Azərbaycan qazı Avropa istehlakçılarına çatdırılıb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “vergiler.az”a açıqlamasında bildirib ki, Avropa İttifaqının üçüncü enerji paketinə görə, Avropaya qaz idxalının bir neçə mənbədən həyata keçirilməsi əsas hədəf kimi qəbul olunub: “Azərbaycan həm etibarlı tərəfdaş, həm də yeni qaz mənbəyi kimi bu sahədə öz effektiv rolunu oynamaqdadır. Ölkəmizin ixrac üçün kifayət qədər qaz ehtiyatları mövcuddur. Cənub Qaz Dəhlizi kəmərlərinin buraxılış gücünü artırmaqla Avropaya qaz ixracını artırmaq mümkündür. Qaz ixracı ölkəmizin valyuta mənbələrindən birinə çevrilməkdədir. İxracın artması iqtisadi cəhətdən daha çox mənfəət əldə etməyimizə imkan verəcək. Həm də bu gün qaz qiymətinin yüksək olması ölkəmizin imkanlarını xeyli artırır”.

Millət vəkilinin sözlərinə görə, ölkənin siyasi və iqtisadi müstəqilliyinin güclənməsində, etibarlı tərəfdaşlarının sayının artmasında, Azərbaycanın milli maraqlarının daha güclü qorunmasında, beynəlxalq aləmdə nüfuzunun güclənməsində enerji layihələrimizin, xüsusilə də qaz ixracının müstəsna rolu var.

T.Mirkişili hesab edir ki, həm regionda, həm də dünyada Azərbaycanın etibarlı və təmiz enerji təchizatçısı kimi rolu getdikcə daha da güclənir və bu, ölkəmizə yalnız müsbət siyasi və iqtisadi dividendlər gətirir.

Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri