8 Fevral 2023

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Daşınmaz əmlaklara ünvan verilməsi qaydaları

Daşınmaz əmlak obyektlərinə ünvanların verilməsini əhatə edən xidmətlər Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Əmlak xidmətləri məkanında, Daşınmaz əmlakın kadastrı və ünvan reyestri xidmətinin regional ofislərində və elektron formada göstərilir. Daşınmaz əmlak obyektlərinə ünvanların verilməsi və ünvan reyestri məlumat bazasından arayışların, ünvan xəritələrindən çıxarışların, digər ünvan məlumatlarının verilməsi üçün müraciətin və sənədlərin qəbul edilməsi məsələləri bu istiqamətdə göstərilən xidmətlərə aiddir.

Qanunvericiliklə müəyyən edilmiş qaydalarda torpaq sahəsi ayrıldıqda, obyektin inşası və ya quraşdırılması aparıldıqda, habelə obyekt müvafiq qaydada istismara qəbul edildikdə, onun üzərində mülkiyyət hüququ tanındıqda daşınmaz əmlaklara ünvan verilməsi proseduru aparılır. Eləcə də daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alındıqda, ayrı-ayrı hissələrə bölündükdə və daşınmaz əmlak obyektlərinin birləşməsi nəticəsində yeni daşınmaz əmlak obyekti yaranan zaman ünvan verilməsi xidmətləri göstərilir.

Daşınmaz əmlak obyektinə ünvan verilməsi üçün müraciət edən mülkiyyətçi və ya etibarnamə əsasında onu təmsil edən şəxs ərizə ilə Əmlak xidmətləri məkanına, Daşınmaz əmlakın kadastrı və ünvan reyestri xidmətinin regional ofislərinə və ya elektron formada müraciət etməlidir. Əmlak Məsələləri Dövlət Komitəsinin daşınmaz əmlaklara ünvan verilməsi xidmətindən onlayn istifadə etmək üçün isə Elektron Xidmətlər Portalındakı (e-emdk.gov.az) 7-ci bölməyə (Daşınmaz əmlak obyektlərinə ünvanların verilməsi və ünvan reyestri məlumat bazasından arayışların, ünvan xəritələrindən çıxarışların, digər ünvan məlumatlarının verilməsi üçün müraciətin və sənədlərin qəbulu) daxil olmaq mümkündür.

Xidmətdən istifadə etmək üçün ərizə (fiziki və hüquqi şəxs tərəfindən təqdim olunduqda), şəxsiyyəti təsdiq edən sənəd, daşınmaz əmlakın istifadədə, icarədə və ya mülkiyyətdə olmasını təsdiq edən sənəd, xidmət haqqının ödənilməsi barədə sənəd tələb olunur. Ərizəni dövlət orqanları və bələdiyyələr təqdim etdikdə müşayiət məktubu, nümayəndə tərəfindən təqdim olunduqda səlahiyyəti təsdiq edən etibarnamə və nüməyəndənin şəxsiyyətini təsdiq edən sənəd də xidmətin həyata keçirilməsi zamanı tələb olunan sənədlərə aiddir.

Daşınmaz əmlak obyektinə ünvan verilməsi xidməti üçün dövlət rüsumu tələb olunmur. Xidmət haqqı isə "Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 31 iyul 2009-cu il tarixli 04 nömrəli qərarı" ilə müəyyən edilir. Ərizə daxil olduğu gündən 3 iş günü müddətində müvafiq məlumatlar ünvan reyestrinə daxil edilməklə daşınmaz əmlak obyektinə ünvan verilir. Bu barədə ərizəçiyə və ya onu təmsil edən şəxsə təsdiqedici sənəd (arayış) təqdim edilir.

VergiNağdsız qaydada alınmış mənzilə görə ƏDV-nin bir hissəsi hansı şərtlərlə qaytarılır? VergiMüəssisəyə məxsus əmlakın üçüncü şəxsə bağışlanması zamanı hansı vergi öhdəliyi yaranır? MüsahibələrKayl İnan: “Azərbaycanda müxtəlif sektorlarda 200-dən çox ABŞ şirkəti təmsil olunur” MÜSAHİBƏ SosialƏmək məzuniyyəti dövrü bayram günlərinə düşən işçinin məzuniyyətinin rəsmiləşdirilməsi İqtisadiyyatRossen Hristov: “Bolqarıstan və Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən tərəfdaşlardır” VergiVergi qanunvericiliyində məşğulluq və əmlak deyəndə nə nəzərdə tutulur? VergiFəaliyyəti olmayan vergi ödəyiciləri maliyyə sanksiyasından azad edilib İqtisadiyyatViktor Orban: "Azərbaycanın Avropaya enerji nəqlinə sadiqliyini çox yüksək qiymətləndiririk" İqtisadiyyatPrezident İlham Əliyev: “Biz Qarabağ bölgəsində yenidənqurma işlərində macar şirkətlərini görməyi ümid edirik” VergiSatış məqsədilə alınan əmlak əsas vəsaitlər kateqoriyasına aid edilirmi?