Azərbaycan neftinin qiyməti 136 dollara çatıb 9 Mart 2022 12:25 Azərbaycan neftinin qiyməti bahalaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 7,28 dollar artaraq 135,99 dollar olub. Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 8-də (128,71) qeydə alınmışdı.