10 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Elektron münasibətlər “uçot səhlənkarlığı”nı aradan qaldırır

“Sadələşdirilmiş vergi sisteminin əhatəsinin genişliyi uçot tələblərini sadələşdirmiş və sahibkarlarda uçot “səhlənkarlığı” yaranmışdı”.

Bakı Hesabat Mərkəzinin direktoru Mehdi Babayev “İnklüziv və davamlı inkişaf üçün vergi islahatları: rəqəmsal transformasiya ilə könüllü əməletməyə doğru” mövzusunda keçirilmiş forumda çıxışında diqqəti bu problemə yönəldib: “Mənfəət vergisi və ƏDV-nin tətbiqindəki yeniliklər, o cümlədən müxtəlif uçot məlumatlarının elektron sənəd formasında göndərilməsi tələbləri bütün təsərrüfat əməliyyatlarını uçota almaq məcburiyyəti yaradıb. Sənədləşmənin elektronlaşdırılması, yeni elektron münasibətlər uçota qarşı səhlənkarlığı da aradan qaldırıb”.

M.Babayev səsləndirdiyi fikirlərə misal olaraq qeyd edib ki, ƏDV ödəyiciləri tərəfindən ilin əvvəlinə debitor və kreditor borclar barədə məlumatların verilməsi tələbi qoyulub. “Bu tələb nəticəsində uçota ciddi yanaşmayan bəzi sahibkarlar, yəni kontragentlər arasında qarşılıqlı üzləşmələrin intensivliyini artırmağa başladı ki, bu da töhfəsini verdi: belə sahibkarlar arasında yarana biləcək mülki mübahisələrin əvvəlcədən aradan qaldırılmasına zəmin yaratdı”.

VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı? VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?