12 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Növbəti hərracda 19 dövlət əmlakı özəlləşdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən fevralın 22-də keçirilən növbəti hərracda 1 səhmdar cəmiyyətinin səhm paketi, 1 dövlət obyekti və 17 nəqliyyat vasitəsi özəlləşdirilib. Özəlləşdirilən əmlaklara 10-u elektron olmaqla ümumilikdə 66 sifariş verilib.

Xidmətdən bildirilib ki, sifarişlərin çox olması hərracı rəqabətli edib. Belə ki, ilkin start qiyməti 3500 manat olan “Kamaz” markalı avtomobil üçün təkliflər səsləndirilib, sonda həmin nəqliyyat vasitəsi 26 min 100 manata satılıb. Rəqabətli satışı ilə seçilən daha bir avtomobil “Toyota Land Crusier” olub. İlkin satış qiyməti 10 min manat olan bu maşına edilən son təklif 27 min 800 manat təşkil edib.

Hərracda səhm paketi özəlləşdirilən səhmdar cəmiyyəti “Tovuz Məişət” ASC-dir. Adıçəkilən səhmdar cəmiyyətin 30 faizlik səhm paketi 16 min 568 manata satılıb.

Özəlləşdirilən dövlət obyekti isə Qazax rayonunda yerləşir.

Budəfəki hərracda satılmış dövlət əmlakları üzrə 167 min 268 manat vəsaitin dövlət büdcəsinə ödənilməsi nəzərdə tutulur.

Hərracda özəlləşdirilən dövlət əmlakının siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://bit.ly/33HjKDH)

Məlumat üçün bildiririk ki, növbəti hərraclar martın 1, 3 və 9-da keçiriləcək.

Hər kəs Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilərlər.

Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.

VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı? VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi