13 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən iki layihənin icrası yekunlaşıb

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) benefisiarı olduğu, Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə həyata keçirilən “Kiçik və orta sahibkarlıq üçün daha əlverişli mühitin yaradılması və rəqabətliliyinin artırılması sahəsində Azərbaycan Hökumətinə dəstək” və “Kənd yerlərində sahibkarlığın inkişafına dəstək” layihələrinin icrası başa çatıb.

Bununla bağlı keçirilən tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Avropa İttifaqı ilə Azərbaycan arasında sıx və məhsuldar tərəfdaşlıq əlaqələrinin mövcud olduğunu deyib. Bildirib ki, yüksək səviyyəli qarşılıqlı səfərlər, keçirilən görüşlər və imzalanan sənədlər ikitərəfli əməkdaşlığın formalaşmasında və inkişafında mühüm rol oynayıb. Bu günədək tərəflər arasında imzalanan Tərəfdaşlıq və Əməkdaşlıq, Viza Sadələşdirilməsi və Readmissiya sazişləri, Cənub Qaz Dəhlizi üzrə Birgə Bəyannamə, Avropa Qonşuluq Siyasəti çərçivəsində Fəaliyyət Planı, enerji sahəsində strateji tərəfdaşlıq üzrə anlaşma memorandumu və bu kimi digər mühüm sənədlər çoxşaxəli əməkdaşlığın əsaslarını müəyyənləşdirib. Azərbaycan ilə Avropa İttifaqı arasında 2018-ci il iyulun 11-də “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanması isə tərəflərin qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığın inkişafında maraqlı olduqlarını əyani şəkildə nümayiş etdirmiş oldu. Azərbaycan, həmçinin Avropa İttifaqına üzv ölkələrlə də münasibətlərin inkişafına böyük önəm verir. Digər tərəfdən Qarabağ bölgəsinin 30 ilə yaxın müddətdə davam etmiş erməni işğalından azad edilməsi ilə yaranan yeni reallıqlar, o cümlədən kommunikasiyaların açılması və Zəngəzur dəhlizinin fəaliyyətə başlaması regionda əməkdaşlığın və iqtisadi inteqrasiyasının genişləndirilməsi üçün imkanlar yarada bilər. Bu, xüsusilə postpandemiya dövründə iqtisadiyyatların bərpası və davamlı artım tempinin təmin edilməsi baxandan da əhəmiyyətlidir.

“Ötən illər ərzində Azərbaycan Hökuməti tərəfindən milli iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması, ölkədə investisiya və biznes mühitinin daha da təkmilləşdirilməsi, kiçik və orta biznesin inkişafının stimullaşdırılması, bütövlükdə dayanıqlı inkişafın təşviqi istiqamətində strateji islahatlar və konkret tədbirlər həyata keçirilib. Pandemiyanın yaratdığı neqativ təsirlərə baxmayaraq, artıq 2021-ci ildə ölkədə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz çox ümumi daxili məhsul istehsal olunub. İqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 7,2 faiz, neft-qaz sektorunda isə 1,8 faiz artıb. Əksər iqtisadiyyatlarda olduğu kimi, Azərbaycanda da mikro, kiçik və orta sahibkarlıq subyektləri ölkədə fəaliyyət göstərən bizneslərin böyük hissəsini təşkil edir. Bu baxımdan, ölkənin dayanıqlı inkişafı kiçik və orta biznesin inkişaf səviyyəsi ilə sıx bağlıdır. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi özünün hədəf seqmentləri olan startap, mikro, kiçik və orta sahibkarlıq üzrə biznesin yaradılmasından başlayaraq, onun fəaliyyətinin bütün mərhələlərində müxtəlif vasitələrlə onlara dəstək göstərməklə dövlət qurumları ilə KOB subyektləri arasında körpü rolunu oynamaqdadır”, - deyə KOBİA sədri diqqətə çatdırıb.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?