11 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Çoxmənzilli binalarda quraşdırılan su sayğacları üzrə araşdırmalara dair qərar qəbul edilib

Çoxmənzilli binalarda quraşdırılan su sayğacları üzrə araşdırmalara dair qərar qəbul edilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti mənzil-tikinti kooperativləri tərəfindən yeni inşa olunan çoxmənzilli binalarda su sayğaclarının quraşdırılması ilə əlaqədar antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılan işə dair qərar qəbul edib.

İşə baxılması zamanı “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən çoxmənzilli yaşayış binalarında istehlakçılar üçün nəzərdə tutulan suölçən cihazların sakinlərlə deyil, mənzil-tikinti kooperativləri ilə bağlanılan müqavilə əsasında quraşdırıldığı və sayğacların dəyərinin istehlakçılardan tələb edildiyi müəyyən olunub.

Qəbul edilən qərara əsasən, qanunvericiliklə müəyyən edilən qaydada tikintisi başa çatan və daxili təchizat sistemi texniki şərtlərə uyğun qurulan çoxmənzilli yaşayış binalarında mənzil mülkiyyətçiləri ilə bağlanan fərdi müqavilələr əsasında sayğacların su təchizatı müəssisəsinin hesabına quraşdırılması barədə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə göstəriş verilib.

Qərarda həmçinin sözügedən mənzillərin su təchizatı şəbəkəsinə qoşulmasından irəli gələn digər məsələlərin həlli, eləcə də aidiyyəti normativ hüquqi aktlar üzrə nəzərdə tutulan tədbirlərin Səhmdar Cəmiyyət tərəfindən təmin edilməsi də əksini tapıb.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?