12 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ötən il nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi 7,4 faiz artıb

2021-ci ildə manatın xarici valyutalara qarşı məzənnəsi valyuta bazarında tələb-təklif nisbətinə uyğun olaraq formalaşıb.

Mərkəzi Bankdan bildirilib ki, 2021-ci il üzrə Pul Siyasəti İcmalına istinadla xəbər verir ki, il ərzində tədiyə balansının irihəcmli profisiti valyuta bazarında təklifin genişlənməsi ilə müşayiət olunub və bu da qiymət sabitliyinin başlıca lövbərini – məzənnə sabitliyini dəstəkləyib. Hesabat ilində valyuta bazarında əməliyyatların həcmi bazarın müxtəlif seqmentlərində fərqli istiqamətdə dəyişib. 2021-ci ildə nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi ötən ilə nəzərən 7,4 faiz artaraq 27,8 milyard ABŞ dolları ekvivalentində 4 olub. Nağdsız valyuta əməliyyatlarının 86,4 faizi ABŞ dollarında, 13,6 faizi isə digər valyutalarda aparılıb. Valyuta əməliyyatlarının 29,7 faizi banklararası valyuta bazarında (BVB), 70,3 faizi isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilib. İl ərzində BVB-də əməliyyatların 99,5 faizi ABŞ dollarında, 0,5 faizi avroda aparılıb.

BVB-də valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Bloomberg” platformasında aparılan əməliyyatlar hesabına formalaşıb. BDVB-də valyuta əməliyyatlarının həcmi 19,5 milyard dollar ekvivalentində olub ki, bunun da 80,9 faizini ABŞ dolları ilə əməliyyatlar təşkil edib. BDVB-də valyuta əməliyyatlarının 95,2 faizi hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşüb. Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi ötən ilə nəzərən 21,5 faiz azalaraq 4 milyard ABŞ dolları ekvivalentində olub. Bunun 85 faizini ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil edib. Nağd xarici valyuta ilə əməliyyatların həcminin azalması hesabat ilində de-dollarlaşma proseslərinin getməsi ilə izah edilir.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?