19 Fevral 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

KOBİA menecment sahəsində beynəlxalq ixtisasartırma kursu keçmək istəyən sahibkarlıq subyektlərinə müraciət edib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) menecment sahəsində beynəlxalq ixtisasartırma kursu keçmək istəyən sahibkarlıq subyektlərinə müraciət edib.

KOBİA-dan bildirilib ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində 2022-2023-cü illərdə Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) və müvafiq tədris mərkəzlərinin təşkilatçılığı ilə keçiriləcək “İqtisadi kooperasiya” üzrə ixtisasartırma kursunda iştirak etmək istəyən sahibkar və menecerlər üçün “İqtisadi kooperasiya” mövzusunda müsabiqə elan edir.

İxtisasartırma kursunun xərcləri Almaniya tərəfindən qarşılanır. Proqram çərçivəsində rəqəmsal və əyani tədris metodlarının tətbiqi ilə təlimlər, Almaniyada 2 həftəlik təlim proqramı, Almaniyanın qabaqcıl şirkətlərinin təcrübəsi ilə tanışlıq, işgüzar əlaqələrin qurulması, proqramın 21 tərəfdaş ölkəsindən 15 mindən çox məzunu olan beynəlxalq biznes cəmiyyətinə qoşulma imkanı nəzərdə tutulur. Proqramın mərhələləri: hazırlıq mərhələsi (2 həftə virtual), tədris mərhələsi (6 həftə Azərbaycanda virtual, 2 həftə Almaniyada əyani), tətbiq mərhələsi (6-8 ay). Müvafiq tələblərə cavab verən namizədlərlə GİZ-in mütəxəssislərinin iştirakı ilə onlayn müsabiqə keçiriləcək. Proqramda iştirak etmək istəyən namizədlər müvafiq sənədləri martın 14-dək ingilis dilində və elektron qaydada Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin [email protected] e-mail ünvanına (mövzu yerinə “Almaniyada ixtisasartırma kursu” yazmaqla) göndərmələri xahiş olunur.

Qeyd edək ki, proqram İqtisadiyyat Nazirliyi ilə Almaniyanın Federal İqtisadiyyat və Ətraf Mühitin Mühafizəsi Nazirliyi arasında imzalanmış anlaşma memorandumuna uyğun olaraq Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən birgə həyata keçirilir.

VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiVergi ödəyicisi eyni vaxtda bir neçə güzəştdən yararlana bilərmi? Vergiİstifadə olunmayan əsas vəsaitlərə görə əmlak vergisi hesablanmalıdırmı? VergiPOS-terminal quraşdırmaq üçün nə etmək lazımdır? VergiMüəssisə təsərrüfat xərclərinə görə ödənilən ƏDV-ni əvəzləşdirə bilərmi? VergiFərdi sahibkar fiziki şəxsdən götürdüyü mənzilin kirayə haqqından nə qədər vergi ödəməlidir? VergiElektron əmtəə-nəqliyyat qaiməsi kimlər üçün məcburidir? VergiRepetitorluq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinə güzəşt verilirmi? VergiKimlər 75%-lik vergi güzəştindən yararlana bilər?