31 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Əməkhaqqının artımı işçinin məzuniyyətə göndərildiyi ayda baş verərsə…

Əməkhaqqının artımı işçinin məzuniyyətə göndərildiyi ayda baş verərsə…

Ölkə başçısının müvafiq sərəncamı ilə 1 yanvar 2022-ci il tarixdən minimum əməkhaqqının məbləği 250 manatdan 300 manata artırılıb. Maraqlıdır ki, yanvar ayında məzuniyyətə gedən işçiyə məzuniyyət haqqının hesablanması zamanı əmsallaşdırma tətbiq olunmalıdırmı? Suala iqtisadçı ekspert Anar Bayramov “vergiler.az” üçün aydınlıq gətirib.

Nazirlər Kabinetinin 25 avqust 1999-cu il tarixli, 137 nömrəli qərarı ilə təsdiq edilmiş “Məzuniyyət vaxtı üçün orta əməkhaqqının əmsallaşdırılması” qaydasına əsasən, məzuniyyətin əmsallaşdırılmasının məqsədi işçinin məzuniyyət dövründəki əməkhaqqını real əməkhaqqına uyğunlaşdırmaqdır. Bu səbəbdən də işçi əməkhaqqında artım olan yanvar ayında məzuniyyətə gedirsə, onun məzuniyyət haqqına mütləq əmsallaşdırma tətbiq edilməlidir. Məzuniyyət haqqı əmsallaşdırılmasa, işçinin yanvar ayı üzrə gəlirləri az olacaq ki, bu da əmsallaşdırma fəlsəfəsinə ziddir.

Misal: Dövlət qurumunda çalışan işçi 20 dekabr 2021-ci ildə 30 günlük məzuniyyət hüququndan istifadə edib. Yanvar ayında işçinin əməkhaqqı artıb. Bu zaman işçinin dekabr ayına təsadüf edən məzuniyyət günlərinə görə hesablanan ödəniş sabit saxlanılsa da, 2022-ci ilin yanvar ayına təsadüf edən məzuniyyət günləri əmsallaşdırma tətbiq edilməklə hesablanmalıdır.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?