23 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dördüncü Sənaye İnqilabı texnologiyaları üzrə İşçi Qrupun 1-ci iclası keçirilib

Dördüncü Sənaye İnqilabı (4Sİ) texnologiyaları üzrə İşçi Qrupun 1-ci iclası keçirilib. İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Tamerlan Tağıyevin sədrlik etdiyi iclasda İşçi Qrupun fəaliyyət prinsipləri, 4Sİ texnologiyalarının tətbiqinin genişləndirilməsi imkanları, həmçinin Milli Süni İntellekt Strategiyasının hazırlanması istiqamətində görülən işlər, əşyaların interneti, böyük verilənlər (Big Data), onların təhlili və emalı məsələlərinə dair təqdimat keçirilib, müzakirələr aparılıb.

Məlumat üçün bildirək ki, 4Sİ texnologiyaları üzrə İşçi Qrupu 4Sİ texnologiyalarının tətbiqi imkanlarının araşdırılması, normativ-hüquqi bazanın, yol xəritələrinin formalaşdırılması, layihələrin əlaqələndirilməsi, həmçinin bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirmək məqsədilə yaradılıb. İşçi Qrupuna 22 dövlət qurumunun nümayəndələri daxildir və fəaliyyətinin əlaqələndirilməsi Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinə həvalə olunub.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?