25 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Fevral ayının ilk hərracında 17 nəqliyyat vasitəsi özəlləşdirilib

Fevral ayının ilk hərracında 17 nəqliyyat vasitəsi özəlləşdirilib

Dövlət əmlakları üzrə geniş seçim və rahat özəlləşdirmə imkanı hərraclarda iştirakçı fəallığını artırır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən fevralın 1-də keçirilən növbəti hərracda da alıcı aktivliyi müşahidə olunub. Budəfəki hərracda 17 nəqliyyat vasitəsi özəlləşdirilib.

Özəlləşdirilən nəqliyyat vasitələrinə ümumilikdə 75 sifariş verilib. Sifarişlərin çox olması isə hərracı rəqabətli edib. Belə ki, buraxılış tarixi 2008-ci il olan “Nissan Urvan” markalı nəqliyyat vasitəsinin ilkin satış qiyməti 6.500 manat olmasına baxmayaraq, avtomobilin son qiyməti 12.200 manata yüksəlib. Həmçinin, ilkin start qiyməti 10.500 manat olan “Toyota Camry” markalı avtomobil üçün təkliflər səsləndirilib, sonda həmin nəqliyyat vasitəsi 15.850 manata özəlləşdirilib.

Budəfəki hərracda satılmış dövlət əmlakları üzrə 164.900 manat vəsaitin dövlət büdcəsinə ödənilməsi nəzərdə tutulur.

Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://bit.ly/3Gk3BRN)

Məlumat üçün bildiririk ki, cari ay üzrə növbəti hərraclar 15 və 22 fevral tarixlərində keçiriləcək.

Hər kəs Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.

Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.

VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur?