12 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Gennadi Çijikov: Biz Azərbaycanın aqrar sahə təmsilçiləri ilə yol xəritəsi formalaşdıracağıq

Biz Azərbaycanın aqrar sahə təmsilçiləri ilə danışıqlar aparacaq və yol xəritəsi formalaşdıracağıq. Bundan sonrakı mərhələ əməkdaşlıq sahəsində atılacaq növbəti addımları müzakirə etmək olacaq.

Bu barədə müsahibəsində Ukrayna Ticarət-Sənaye Palatasının prezidenti Gennadi Çijikov deyib.

Onun sözlərinə görə, xüsusən Aran regionunda hələ buğdanın sünbüllənmə və cücərmə dövrü başa çatmamış havanın temperaturu kəskin surətdə qalxır və bu da buğdanın normal yetişməsi prosesinə maneə törədir. Nəticədə həm məhsuldarlıq, həm də məhsulun keyfiyyəti aşağı düşür.

“Ukrayna şirkətləri Azərbaycan ərazisində maşınqayırma, qida sənayesi sferasında, xüsusən də aqrosahədə birgə müəssisələrin yaradılmasında çox maraqlıdırlar. Buna görə də Azərbaycan şirkətlərini bu sahə üzrə birgə müəssisələrin yaradılmasında, həmçinin Ukrayna müəssisələrinin özəlləşdirilməsində iştirak üçün dəvət edirik. Bundan başqa Azərbaycan tərəfi Ukrayna buğdasının bərk/yumşaq növlərinin yerli quraqlıq rayonlara uyğunlaşdırılmaqla seleksiyası və yetişdirilməsi, həmçinin Azərbaycanda heyvandarlıq üçün yem qarışığının istehsalı sahəsində Ukrayna aqrotexnologiyalarından istifadənin mühümlüyünü təsdiqləyib”, - deyə Gennadi Çijikov əlavə edib.

O vurğulayıb ki, Azərbaycan Ukrayna ilə əməkdaşlıqda maraqlıdır. 2013-cü ildən Ukrayna ilə Azərbaycan arasında əmtəə dövriyyəsi sabit şəkildə artır. Pandemiyaya baxmayaraq, yeddi il ərzində ilk dəfə olaraq, təxminən 1 milyard ABŞ dolları həcmində rekord göstəricilərə nail olunub.

Gennadi Çijikov daha sonra deyib: “Azərbaycan Prezidentinin Kiyevə səfərindən sonra biz qarşılıqlı investisiyaların artmasına ümid edirik. Uzun illərdir Azərbaycanla əməkdaşlıq edir və onu etibarlı tərəfdaş kimi dəyərləndiririk. Səfər zamanı hər iki ölkə üçün mühüm sənədlər, xüsusilə də ikitərəfli ticarətdə qarşılıqlı fəaliyyət üzrə memorandum imzalanıb. Bu sənəd ölkələr arasında epidemiya və digər təbii fəlakətlərlə bağlı təhlükələr yarandıqda ticarətdə qarşılıqlı fəaliyyət mexanizmini müəyyən edir. Ukrayna və Azərbaycan ərzaq məhsullarının təhlükəsizliyi sahəsində əməkdaşlıq barədə də Saziş imzalayıb. Bu, ölkələr arasında ərzaq məhsullarının idxalı, ixracı, tranziti və geri ixracının həyata keçirilməsi zamanı proseduru sadələşdirmək imkanı verəcək. Tərəflər, həmçinin ölkənin aqrar sahə üzrə qurumları arasında qarşılıqlı anlaşma memorandumu bağlayıblar. Sənəd kənd təsərrüfatı bitkilərinin yetişdirilməsində və qida təhlükəsizliyi sahəsində əməkdaşlığın inkişafına yardım edəcək. Memorandum torpaq münasibətləri sahəsində və kənd təsərrüfatı xammalının emalı və gübrə satışı üzrə layihələrə sərmayə yatırılmasında qarşılıqlı hüquqi yardımın göstərilməsini də nəzərdə tutur”.

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?