16 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanın ötən il ən çox xam neft və neft məhsulları ixrac etdiyi ölkələr açıqlanıb

Ötən il Azərbaycan ən çox İtaliyaya bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Həmin ixracın həcmi 12 milyon 581,6 min ton, dəyəri isə 6 milyard 64,5 milyon ABŞ dolları olub.

Bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

2021-ci ildə ölkəmizdən İsrailə 887,5 milyon dollarlıq 1 milyon 710,7 min ton, Xorvatiyaya 751,2 milyon dollarlıq 1 milyon 530,6 min ton, Almaniyaya 628,1 milyon dollarlıq 1 milyon 164,5 min ton, Portuqaliyaya 587 milyon dollarlıq 1 milyon 160,9 min ton, Hindistana 584,1 milyon dollarlıq 1 milyon 261,3 min ton, İspaniyaya 552,6 milyon dollarlıq 1 milyon 270,8 min ton, Tunisə 506,1 milyon dollarlıq 1 milyon 6,9 min ton, Ukraynaya 373,4 milyon dollarlıq 848,9 min ton, Böyük Britaniyaya 368,6 milyon dollarlıq 714 min ton xam neft və xam neft məhsulları ixrac edilib.

Xatırladaq ki, hesabat dövründə Azərbaycandan ümumilikdə 27 milyon 116 min ton xam neft və xam neft məhsulları ixrac edilib, ixracın dəyəri 13 milyard 218,9 milyon dollar olub.

VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı?