26 Sentyabr 2023

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Startap” şəhadətnaməsi ilə vergi güzəştlərinin əldə edilməsi

Fiziki şəxs sahibkarları maraqdıran məsələlərdən biri ilin ortalarında “Startap” şəhadənaməsi ilə vergi güzəştlərinin əldə edilməsi və bunun tədbiqi ilə bağlıdır. Mövzu ilə bağlı sərbəst auditor Altay Cəfərov “vergiler.az”a misal üzərindən şərh verib.

Fiziki şəxs olan sahibkarın 2021-ci ilin yanvar ayından iyun ayına qədər elektron qaimə-fakturalar üzrə gəliri 40 min manat olmuşdur. Sahibkar 1 iyul 2021-ci ildən həmin fəaliyyət üzrə “Startap” şəhadətnaməsi almış və gəlir vergisindən azad edilmişdir. İyul-dekabr aylarında 30 min manat gəlir əldə etmiş sahibkar 2021-ci ildə təqdim edəcəyi gəlir vergisi bəyannaməsində vergidən azad edilən dövriyyəni nə qədər göstərməlidir?

Vergi Məcəlləsinin 102.1.31.-ci maddəsinə əsasən, “Startap” şəhadətnaməsi olan fiziki şəxs şəhadətnaməni aldığı tarixdən 3 il müddətinə və həmin startap şəhadətnaməsi üzrə innovasiya fəaliyyətindən əldə etdikləri gəlirləri vergidən azaddır. Fiziki şəxsin “Startap” şəhadətnaməsində göstərilən innovasiya fəaliyyətindən, layihədən başqa gəlirləri ola bilər, bu zaman həmin digər gəlirlər vergiyə cəlb ediləcəkdir.

Misalda qeyd etdiyimiz sahibkarın innovasiya fəaliyyəti üzrə “Startap” şəhadətnaməsi 1 iyul 2021-ci ildən olduğu üçün yanvar-iyun aylarında əldə etdiyi gəlir – 40.000 manat gəlir vergisinə cəlb olunur. Çünki güzəşt “Startap” şəhadətnaməsinin alındığı tarixdən tətbiq edilir.

Beləliklə, fiziki şəxs olan sahibkarın iyul-dekabr aylarında əldə etdiyi gəliri – 30.000 manat gəlir vergisindən azad olunur.

Vergiİctimai iaşə xidməti göstərən müəssisədə ƏDV-nin geri qaytarılması necə aparılır? İqtisadiyyatYenilənmiş 5 qəpiklik metal pul nişanı tədavülə buraxılıb Vergi20 Yanvar şəhidinin ailə üzvlərinin hansı vergi güzəşti mövcuddur? Vergiİdxalı əvəz edən mal istehsalçıları hansı vergilərdən azaddır? MüsahibələrMahmud Ul-Həssan Xan: “Pakistan şirkətlərinin Azərbaycan iqtisadiyyatına sərmayə qoymaq üçün böyük imkanları var” MÜSAHİBƏ İqtisadiyyatSinqapurun “Trafigura Pte Ltd” şirkəti ilə anlaşma memorandumları imzalanıb VergiXaricdən əldə edilən gəlirlər üzrə kameral vergi yoxlamasının müddəti nə qədərdir? İqtisadiyyatSahibkar Vüqar Məmmədov: “Ölkədə sahibkarlıqla məşğul olmaq üçün hər cür şərait yaradılıb” İqtisadiyyatİqtisadiyyat nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib VergiHansı hallarda ali təhsil alan tələbələrin valideynlərinə vergi güzəşti tətbiq olunur?