14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ukraynanın regionlarında metallurgiya və aqrar sahələr üzrə Azərbaycanla işbirliyinə maraq var

Ukraynanın mərkəzi regionlarında metallurgiya və aqrar sahələr üzrə Azərbaycanla işbirliyinə maraq var.

Bu barədə Ukrayna Azərbaycanlıları Radasının həmsədri Oleq Krapivinin rəhbərlik etdiyi diaspor nümayəndə heyətinin Kropivnitski və Kremençuk şəhərlərində keçirdiyi görüşlərdə geniş müzakirələr aparılıb. Görüşlərdə vurğulanıb ki, qarşılıqlı ticarəti təşviq etmək məqsədilə konkret addımlar atılmalıdır. İqtisadi əlaqələrdə tempin artması diasporun prioritet fəaliyyəti olacaq.

Kropivnitski şəhərində keçirilən görüşdə Oleq Krapivin bildirib ki, ərazi bütövlüyünü təmin etmiş Azərbaycanın Ukrayna üzrə diaspor fəaliyyəti artıq lobbiçilik prinsiplərinə və iqtisadi əlaqələrin genişlənməsinə əsaslanacaq. Kropivnitski əkinçilik, taxılçılıq və kənd təsərrüfatı texnikasının istehsalı ilə tanınan bölgədir. Vilayətin ixrac potensialı kimi, meyvə-tərəvəz məhsullarının idxalına da tələbatı yüksəkdir.

Bu şəhərdən olan iş adamı İqor Kozub qeyd edib ki, ilk növbədə, Azərbaycan bazarının bugünkü tələbləri öyrəniləcək. “Bizdən un məmulatları, kartof və bal ixrac olunur. Digər tərəfdən, taxılın beynəlxalq bazardakı qiyməti Ukraynanın ixrac siyasətinə birbaşa təsir edir. Mütəxəssislər çeşidlər üzrə tələbat həcmini dəqiqləşdirməlidirlər. Burada Azərbaycan məhsullarına tələb yüksəkdir”, - deyə İqor Kozub əlavə edib.

Kremençuk şəhərində keçirilən görüşdə isə vurğulanıb ki, Azərbaycanın bu şəhərlə ənənəvi əlaqələri var. Buradan ölkəmizə ərzaq məhsulları, metallurgiya nümunələri, yük maşınlarının, kran və liftlərin ehtiyat hissələri, ağac emalı məhsulları idxal edilir. Azərbaycandan isə neft emalı və kənd təsərrüfatı məhsulları alınır. İmkanlar genişdir, şaxəlidir və bunları daha da artırmaq lazımdır. Bu məqsədlə imzalanmış yeni əməkdaşlıq sazişi də var.

Qeyd edək ki, səfər çərçivəsində Ukrayna Azərbaycanlıları Radasının Kropivnitski və Kremençuk şəhərlərində ofisləri açılıb.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?