22 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ötən ilin on bir ayında ixrac və idxal olunan məhsullar açıqlanıb

Ötən ilin on bir ayında ixrac və idxal olunan məhsullar açıqlanıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, keçən ilin yanvar-noyabr aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 17,6 faiz, kartof 12,9 faiz, şəkər 7,1 faiz, meyvə və tərəvəz şirələri 4,4 faiz, meyvə və tərəvəz konservləri 20,2 faiz, təbii üzüm şərabları və üzüm suslosu 8,6 faiz, pambıq lifi 38,5 faiz, polietilen 29,8 faiz, pambıq ipliyi 2,3 dəfə, qara metallardan yarımfabrikatlar 4,3 dəfə, qara metallardan borular 16,6 faiz, bentonit gili 3,5 faiz artıb, təzə tərəvəz ixracı isə 23,9 faiz, bitki yağları 16,1 faiz, tütün 3,2 faiz, çay 18,2 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar 17,7 faiz, emal olunmamış alüminium 18,2 faiz azalıb.

2020-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə ötən ilin yanvar-noyabr aylarında xam şəkər idxalı 1,7 dəfə, təzə meyvə 3 faiz, çay 3,3 faiz, kartof 19,9 faiz, quş əti və onun əlavə məhsulları 3,2 faiz, təzə tərəvəz 46,8 faiz, minik avtomobilləri 1,7 dəfə, hesablama maşınları, blok və qurğuları 6 faiz, yük avtomobilləri 1,6 dəfə, rezin şinlər 31,2 faiz, mebellər 29,1 faiz, paltaryuyan maşınlar 20 faiz, məişət kondisionerləri 2,2 faiz, məişət soyuducuları 1,6 dəfə artıb, buğda idxalı isə 17 faiz, bitki yağları 10,7 faiz, kərə yağı, digər süd yağları və pastaları 9,5 faiz, mal əti 43,9 faiz, siqaretlər 36,9 faiz, dərman vasitələri 4 faiz, polad prokatı 33,6 faiz, qara metallardan borular 20,3 faiz, qara metallardan çubuqlar 63,6 faiz, mineral gübrələr 62,5 faiz, polietilen 23,7 faiz, avtobuslar 4,5 faiz, qara metallardan künclüklər 25,4 faiz, sement və sement klinkerləri 22,5 faiz azalıb.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?