15 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Çinin Uhan şəhərində Azərbaycan ticarət bölməsi fəaliyyətə başlayıb

Çinin Hubey vilayətinin Uhan şəhərində yeni açılan “G-Hub” ticarət mərkəzində “Azərbaycan Ticarət Bölməsi” fəaliyyətə başlayıb.

Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyindəki Ticarət Nümayəndəliyindən bildiriblər ki, ticarət bölməsində “Made in Azerbaijan” brendi altında ölkəmizdə istehsal olunan qida və içki sənayesinə aid məhsulların satışı həyata keçiriləcək.

“G-Hub” ticarət mərkəzi “Fortune Global 500” siyahısına daxil olan “Greenland Group” şirkətinə məxsusdur. “Azərbaycan Ticarət Bölməsi”nin operatoru qismində “Greenland Group”un törəmə şirkəti “G-Hub Group” olacaq. Ticarət mərkəzinin açılış mərasimində Hubey vilayətinin vitse-qubernatoru Cao Hayşan, “Greenland Group” şirkətinin prezidenti Can Yülian, Uhan şəhər merinin müavini Çen Yonven, Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu, bir sıra ölkələrin Çindəki diplomatik missiyaların nümayəndələri iştirak ediblər. Vitse-qubernator “G-Hub” ticarət mərkəzinin xarici məhsulların Çin bazarına daxil olması baxımından önəmli platforma olduğunu bildirib. O qeyd edib ki, Uhan istehlakçıları şəhərlərində daha çox yeni xarici məhsul görmək arzusundadır.

“Greenland Group” şirkətinin rəhbəri Can Yülian bildirib ki, 2018-ci ildən etibarən Çinin açıqlıq siyasəti çərçivəsində Çin Beynəlxalq İdxal Sərgisinə dəstək göstərmək məqsədilə ölkənin müxtəlif şəhərlərində “G-Hub” ticarət mərkəzləri fəaliyyətə başlayıb. Açılış mərasimindən sonra tədbir iştirakçıları ticarət mərkəzini, o cümlədən “Azərbaycan Ticarət Bölməsi”ni ekskursiya edib, Azərbaycan məhsulları ilə tanış olublar.

Xatırladaq ki, 2018-ci ildə Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyi ilə “Greenland Group” şirkətinin rəhbərliyi arasında əldə olunmuş razılaşmaya əsasən, Çinin müxtəlif şəhərlərində açılan “G-Hub” ticarət mərkəzlərində Azərbaycan Ticarət bölmələri də fəaliyyət göstərəcək. Uhan şəhərində fəaliyyətə başlayan ticarət bölməsi sayca 4-cüdür, daha öncə Şanxay, Harbin və Cinan şəhərlərində də “Azərbaycan Ticarət Bölməsi” açılıb.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?