11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Növbəli iş rejimində bayram günləri olarsa, həmin günlərdə işləyən işçinin əməkhaqqı necə ödənilməlidir?

Mütəxəssisləri maraqlandıran məsələlərdən biri - növbəli iş rejimində bayram günləri olarsa və həmin günlərdə işçi işləyərsə, onların əmək haqqının ödənilməsi məsələsidir. Sərbəst auditor Altay Cəfərov “vergiler.az” saytına bu məsələ ilə bağlı şərh verib:

"AA" MMC-nin fəaliyyəti növbəli iş rejimi növbəli qurulmuşdur. Cəmiyyətin noyabr ayında normal iş rejimi üzrə hər bir işçi 160 saat işləməlidir. Hər bir növbə üzrə 160 saat planlaşdırılmışdır və içilərin əmək müqavilələrində nəzərdə tutulmuşdur. Bir qism işçilər öz növbələrinə əsasən 8 və 9 noyabr bayram günlərində işləmişdir. İlkin olaraq görünür ki, bayram günlərində çalışmış işçilərə əmək haqqı ən azı 2 misli məbləğində ödənilməlidir. Bəs qanunvericilikdə bu məsələ necə tənzimlənir?

Belə ki, Əmək Məcəlləsinin 164-cü maddəsinə əsasən, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı aşağıdakı kimi ödənilir:

• əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla;

• əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla;

• aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla.

Həmçinin, maddənin 2-ci hissəsinə görə, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər.

Burada iki yanaşma vardır: Birincisi, işəgötürən növbəli iş rejimi olmasına baxmayaraq çalışmalıdır ki, istirahət və bayram günlərində işçiləri işə cəlb etməsinlər. İkincisi, əgər belə alınmırsa, o zaman növbəli iş rejimini tədbiq edəndə çalışılmalıdır ki, işçilər aylıq iş normasında işləsinlər.

Yuxarıdakı misalda baxmayaraq ki, işçi bayram günlərində çalışmışdır, amma iş rejiminə görə noyabr ayında olan 160 saatı aşmamışdır.

Bundan əlavə, məntiq və mahiyyətlə də işçi bayram günlərində işləsə də, qalan günlərdə günəvəzi kimi istirahət etmiş sayılır.

Yuxarıdakı misalda işçi əmək müqaviləsinə görə cəmiyyət ilə növbəli rejimində çalışmağa və normal iş saatları normasını işləməyə razılaşmışdır, ona görə də baxmayaraq ki, bayram günlərində işləmişdir, ona əməkhaqqı ikiqat ödənilməyəcəkdir. Əgər işçi 160 saat rejimini işləmişdir və bu dövrə 8-9 noyabr tarixləri düşməmişdir. Əlavə olaraq bu tarixlərdə işləsə ona əlavə olaraq gündəlik və ya saatlıq əməkhaqqının iki misli miqdarında əmək haqqı ödənilir. Odur ki, bu məsələlərdə işəgötürənlər və işçilər diqqətli olmalıdır.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?