25 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumu keçirilir

Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumu keçirilir

Dekabrın 14-də Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumu keçirilir.

İqtisadiyyat naziri Mikayıl Cabbarov qeyd edib ki, bu formatda görüşlərin təşkili ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi, qarşılıqlı sərmayə qoyuluşu və sair üçün münbit şərait yaradır: “Bu il bir sıra türk şirkətləri ilə sazişlər, anlaşma memorandumları imzalanıb. Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Türk iş adamlarının ölkəmizdə olması iqtisadi münasibətlərə böyük təkan verəcək. Gürcüstan ilə ticarət dövriyyəmiz də artmaqdadır”.

Forumda ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi, sərmayə qoyuluşu, regional iqtisadi layihələr və sair məsələlər müzakirə ediləcək.

Səfər çərçivəsində qonaqlar Ələt Azad İqtisadi Zonasına və Sumqayıt Kimya Sənaye Parkına səfər edəcəklər.

Qeyd edək ki, üçtərəfli forum 2012-ci ildən keçirilir. Bu gün Bakı sayca 6-cı üçtərəfli biznes foruma ev sahibliyi edir.

VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur?