6 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanda klasterlərin yaradılması tarixi zərurətdir

Dünya ölkələrinin əksəriyyətində iqtisadi cəhətdən çox əhəmiyyətli mövqeyə malik olan klaster modeli XX əsrin 60-70-ci illərindən tətbiq edilir. Azərabaycan Respublikasının "Sənayenin inkişafına dair 2015-2020-ci illər Dövlət Proqramı"nda sənaye klasterlərinin yaradılması və regional inkişaf hökumətin qarşısında duran vəzifələrdən biri kimi müəyyən edilir. Strateji yol xəritələrində də klasterlərin inkişafına geniş yer verilir.

İqtisadçı ekspert Fikrət Yusifovun sözlərinə görə, müxtəlif proqram, strategiya və konsepsiyalarda klaster mexanizminin tətbiqi ilə bağlı yanaşmalar yer alsa da, ərazi klasterlərinin inkişafına dair dəqiq işlənmiş və aydın hədəfləri olan strategiya olmalıdır: "Dünyanın inkişaf etmiş ölkələrinin geniş şəkildə istifadə etdikləri bu fəaliyyət meydanı-klasterlər eyni və ya bənzər sektorda fəaliyyət göstərən, əlaqəli və bir-birini tamamlayan fəaliyyət sahələrinin müəyyən bölgədə yerləşməsi ilə yaradılan, ümumi infrastruktur, texnologiya, vahid bazar, işçi qüvvəsi və xidmətləri paylaşaraq qarşılıqlı ticarət əlaqələrinin qurulması, kommunikasiya və dialoq imkanlarına malik sahibkarlıq subyektlərindən ibarət olan bir sistemdir. Bu baxımdan, sənaye klasterlərinin yaradılması ölkə iqtisadiyyatının real sektoruna böyük töhfə ola bilər".

İqtisadçı ekspert Rövşən Ağayevin sözlərinə görə, xüsusilə regionların klasterlər əsasında inkişafı ilə bağlı strategiyanın hazırlanması, bu məqsədlə sektorial və regional inkişaf siyasətlərinin uzlaşdırılması və əlaqələndirilməsi bölgələrin inkişafının orta və uzunmüddətli hədəflərinin, həmçinin prioritetlərinin dəqiq müəyyən edilməsində həlledici alət ola bilər. Klaster hədəfi kimi seçilən regionun iqtisadi əhəmiyyətini dəyərləndirmək kompleks göstəricilər sistemini müəyyən edə bilər: "Bu göstəricilərə məşğulluq, əlavə dəyərin səviyyəsi, regionun texnoloji artım, innovasiya və yeni məhsul yaratma, yeni texnologiyalara uyğunlaşma potensialı kimi mühüm indikatorlar daxil ola bilər. KOS-ların, xüsusilə startapların həvəsləndirilməsi və dəstəklənməsi xüsusilə mühümdür. İlk növbədə KOS-ları dəstəkləyəcək investisiya və vençur fondlarının təşkili və inkişafı üçün institusional mühit yaradılmalı, regionların rəqabət qabiliyyətliliyini dəyərləndirməyə imkan verən kəmiyyət və keyfiyyət metodları əsasında bölgələrin klaster potensialının analizi aparılmalıdır".

FƏXRİYYƏ

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?