31 Mart 2023

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Hüquqi şəxslərə müraciət necə tənzimlənir?

Azərbaycan Respublikası Konstitusiyasının 57.1-ci maddəsinə əsasən, vətəndaşlar dövlət orqanlarına şəxsən müraciət etmək və yazılı müraciət göndərmək hüququna malikdir. Hüquqşünas Şəhriyar Həbilov bildirib ki, hər bir müraciətə qanunla müəyyən edilmiş müddətdə və qaydada yazılı cavab verilməlidir. Konstitusiyanın 57.2-ci maddəsinə görə isə vətəndaşlar müraciət etdiyi qurumun fəaliyyətini və ya işini tənqid etmək hüququna malikdir və tənqidə görə təqib qadağandır.

Konstitusiyada yalnız dövlət orqanlarına müraciətlə bağlı müddəalar göstərilsə də, Konstitusiyadan irəli gələrək qəbul edilmiş "Vətəndaş müraciətləri haqqında" Qanunla, həmçinin ictimai əhəmiyyətli funksiyaları yerinə yetirən hüquqi şəxslərə müraciətlərin də dövlət orqanlarına edilən müraciətlər kimi tənzimlənməsi müəyyən edilmişdir. Belə ki, hər iki quruma ünvanlanan vətəndaş müraciəti qanunun tələbi üzrə tənzimlənməlidir.
Bəs Qanunla bəhs edilən ictimai əhəmiyyətli funksiyaları yerinə yetirən hüquqi şəxslər hansılardır?
"Vətəndaş müraciətləri haqqında" Qanunun 5.8-ci maddəsindən irəli gələrək Nazirlər Kabinetinin təsdiqlədiyi siyahıya görə bu hüquqi şəxslərə aiddir:
1. Publik hüquqi şəxslər.
2. İctimai birliklər və fondlar.
3. Dini qurumlar.
4. Kredit təşkilatları.
5. Sığorta şirkətləri.
6. İnvestisiya fondları və bu fondların idarəçiləri.
7. Qeyri-dövlət (özəl) sosial fondlar.
8. Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər.
9. Qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər.
10. Kütləvi informasiya vasitələri ilə məhsullarının istehsalını və (və ya) yayılmasını həyata keçirən hüquqi şəxslər.
11. Telekommunikasiya xidməti göstərən müəssisələr.
12. Poçt müəssisələri.
13. Müntəzəm sərnişin və yük daşımalarını həyata keçirən nəqliyyat müəssisələri.
14. Kommersiya təşkilatlarının ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün meyar göstəricilərinə cavab verən hüquqi şəxslər (2, 4-9-da göstərilən şəxslərdən başqa).
Göründüyü kimi həqiqətən də bu hüquqi şəxslər ictimai əhəmiyyətli funksiyaları yerinə yetirirlər. Bu səbəbdən də həmin hüquqi şəxslərə edilən vətəndaş müraciətləri mütləq qaydada mövcud qanunvericiliyin tələbləri əsas tutulmaqla tənzimlənməlidir.
İqtisadiyyatAzərbaycan-ABŞ “Yaşıl Enerji” Forumu keçiriləcək Ekspert RəyiBeynəlxalq müqavilələrin vergi ilə bağlı müddəalarının tətbiqinə hansı halda məhdudiyyət qoyulur? İqtisadiyyatEldəniz Əmirov: “Manatın məzənnəsi üçün hər hansı təhdid yoxdur” VergiSatışdankənar gəlirlər məcmu gəlirlərə aid edilirmi? İqtisadiyyatİqtisadiyyat nazirinin müavini Tərtərdə vətəndaşları qəbul edəcək SosialXüsusi karantin rejimində bəzi məhdudiyyətlər aradan qaldırılıb Ekspert RəyiTransfer qiymətinin müəyyən edilməsi ilə bağlı yenilik VergiNağd pul hesablaşmaları necə rəsmiləşdirilir? VergiDövlət Vergi Xidməti sayca ikinci “Yay Təcrübə Proqramı”na qəbul elan edir İqtisadiyyatAğdam Sənaye Parkında rezidentlərin sayı 14-ə çatıb