15 Oktyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Gələn il sosial xərclərin ümumi büdcədəki payının 45 faizdən çox olması gözlənilir

Milli Məclisdə "2022-ci ilin Dövlət Büdcəsi" layihəsinin müzakirələri zamanı büdcə xərclərinin səmərəliliyi barədə bir sıra təkliflər səsləndirilib. Millət vəkili Vüqar Bayramov çıxışında növbəti ilin fiskal sənədinin bir sıra məqamlarına diqqət ayırıb. Onun sözlərinə görə, müstəqillik illərininin milli valyuta ifadəsində ən böyük büdcəsində ilk dəfə sosial xərclərin ümumi büdcə xərclərindəki payının 45 faizdən çox olması gözlənilir. Büdcə xərclərinin 46,4 faizinin sosial istiqamətə yönəldilməsi gələn ildə də sosial təminat məsələlərinin prioritet olacağından xəbər verir. Bu, gələn il yalnız sosial istiqamətə 14 milyard manata yaxın vəsait ayrılacağı deməkdir:
“Gələn ilin büdcəsində mühim məqamlardan biri də Azərbaycanda sosial xərclərin ÜDM-də payının 16 faizdən çox olacağıdır. Bu isə hətta bir sıra İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələri ilə müqayisədə daha yüksək göstəricidir. Məsələn, sosial xərclərin ÜDM-də payı Niderlanda 16 faiz, İrlandiyada 13,4 faiz, Koreyada 12,6 faiz, Çilidə 12,2 faiz, Türkiyədə 12 faiz, Meksikada 7,5 faizdir. Qeyd edim ki, OECD ölkələri üçün orta göstərici 20 faizdir. Gələn il adambaşına düşən büdcə xərci cari məzənnə ilə 1757 dollar olacaq və göstəriciyə görə Azərbaycan əksər MDB ölkələrini geridə qoyacaq”.
Millət vəkili iclasda çıxışı zamanı aşağıdakı təklifləri də səsləndirib:
1.Gələn il üçün proqnozlaşdırılan 3 milyard 63 milyon manatlıq büdcə kəsirinin inflyasiya yaradıcı effektləri minimumlaşdırılması ilə bağlı digər fiskal alətlərdən istifadə olunması vacibdir. Növbəti ildə yeni sosial paketin icrasını da nəzərə alsaq, bu məsələ 2022-ci ildə aktuallığını qoruyub saxlayacaq;
2. 2022-ci ilin dövlət büdcəsndən bələdiyyələrə 11 milyon manata yaxın vəsaitin ayrılması nəzərdə tutulur. Ölkədə 1771 bələdiyyənin olduğunu nəzərə alsaq, orta hesabla hər bələdiyyə illik 6 min manat, aylıq 500 manat alacaq. Bələdiyyələrin kənar maliyyə mənbələrinin məhdud olduğunu nəzərə aldıqda bu məbləğin az olması onların institut kimi formalaşması və inkişafını xüsusi təşviq etmir. Bu baxımdan, həmin vəsaitin məbləğinə baxılması məqsədə uyğun olardı;
3. Xərclərin ölçülə bilən və səmərəllik qiymətləndirmə meyarlarının işlənib hazırlanması və büdcə paketi ilə birlikdə təqdim olunması məqsədə uyğun olardı;
4. Nəticə əsaslı büdcədə əhatə olunan 3 sektor üzrə bütün proqramlar ilə bağlı məlumatların müfəssəl təqdim olunmasına ehtiyac var. Şəffaflığın daha da genişləndirilməsi üçün xərc maddələri üzrə həyata keçirilən işlərin konrket nəticələrinin “performance budget” prinspinə uyğun hazırlanıb və təqdim olunması məqsədəuyğun olardı;
5. Səhiyyə və elm xərclərində artımların nəzərdə tutulmasına baxmayaraq bu xərclərin ÜDM-də payı aşağı olaraq qalmaqdadır. Qeyd edək ki, səhiyyə xərclərinin ÜDM-də payı Rusiyada 5,6 faiz, Türkiyədə 4,3 faizdir. Ölkəmizdə bu rəqəm 2,1 faiz təşkil edir. Gələn il elm xərclərinin ÜDM-də xüsusi çəkisi cəmi 0.2 faiz proqnozlaşdırılır. 2021-ci il müqayisədə 10,6 faiz artsa da belə elm xərcləri makroiqtisadi göstəricilərdə marjinal paya malikdir. Qeyd edək ki, elm xərclərinin ÜDM-də payı Rusiyada 1 faiz, Türkiyədə 1,1 faiz, dünya üzrə ortalama 2,2 faizdir. Bu isə o deməkdir ki, sözügedən iki xərcin ÜDM-də çəkisinin artırılması və beynəlxalq ortalama standartlarına çatdırılması üçün maliyyələşmənin genişləndirilməsi məqsədə uyğun olardı və s.
VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiRezident şirkətin beynəlxalq daşımalara görə qeyri-rezidentə ödədiyi məbləğlərdən vergi tutulması VergiƏlilliyi olan şəxsə qulluq edən ailə üzvlərinin vergi güzəştləri VergiHüquqi şəxslər “Mənfəət vergisinin bəyannaməsi"ni rüblər üzrə təqdim edə bilərlərmi? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? VergiVÖEN-in ləğv edilməsi üçün nə tələb olunur? VergiMüəssisədə rəhbər dəyişikliyi necə rəsmiləşdirilir? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiQeyri-rezidentə ödənilən avans geri qayıtdıqda hesablanan ƏDV-ni qaytarmaq mümkündürmü? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir?