14 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ötən illə müqayisədə nağdsız əməliyyatların həcmi 73 faiz artıb

Azərbaycanda bank sistemi üzrə 2021-ci il oktyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 244 min ədəd artaraq 10 milyon 673 min ədəd təşkil edib. Mərkəzi Bankın verdiyi məlumata görə, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 17 faiz artıb.

Ödəniş kartlarında artım debet kartları üzrə 15,5 faiz, kredit kartları üzrə 27,8 faiz olub. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 149 min, kredit kartları 296 min, digər kartlar isə 1,1 milyon ədəd artıb.

Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ölkədaxili nağdsız əməliyyatların həcmi ötən ilin 10 ayı ilə müqayisədə 73 faiz artıb. 2021-ci ilin 10 ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 8 milyard 370 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 5 milyard 218 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 3 milyard 120 milyon manatı POS-terminallar, 32 milyon manatı isə ATM-lər vasitəsilə gerçəkləşdirilib. Oktyabr ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ümumi əməliyyatların 34 faizini təşkil edib.

Bankların ödəniş xidməti şəbəkəsi üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin oktyabr ayının sonu ilə müqayisədə bankomatların sayı 8,1 faiz, POS-terminalların sayı isə 7,1 faiz artıb.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?