13 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadiyyat naziri “Uğur yolu” Karyera İnkişaf Proqramının  qalibləri ilə görüşüb

Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov “Uğur yolu” Karyera İnkişaf Proqramının qalibləri ilə görüşüb.

İqtisadiyyat naziri qalibləri təbrik edib, müsabiqənin intellektual səviyyəsi, idarəçilik keyfiyyətləri, bilik və bacarıqları yüksək olan şəxslərin müəyyən edilməsi, yeni nəsil idarəçilərin hazırlanması və rəhbər vəzifələr üçün ehtiyat kadrlar bazasının formalaşdırılmasında mühüm rolunu vurğulayıb. Qeyd olunub ki, İqtisadiyyat Nazirliyinin iqtisadi tənzimlənmədə rolu getdikcə artır və bu səlahiyyətlərin səmərəli idarə edilməsi vacibdir. Bunun üçün isə idarəetmənin orta səviyyəsində liderlər, yeni nəsil idarəedicilər gərəkdir. Nazir idarəçi rəhbərlər üçün tələblər, idarəçilik bacarıqlarının inkişafı baxımından zəruri olan amillər, idarəetmədə səmərəli nəticələr əldə etmək üçün peşəkar yanaşma tərzinin formalaşması, strateji və taktiki planlaşmanın aparılması ilə bağlı fikirlərini bölüşüb, bilik, təcrübə və komanda işinin vəhdəti ilə göstərilən fəaliyyətin idarəçilikdə uğurun əsası olduğunu qeyd edib. Nazir “Uğur yolu” Karyera İnkişaf Proqramının qaliblərindən və finalçılarından gözləntilərini ifadə edib, əldə olunmuş təcrübə və bacarıqların gələcəkdə uğurla tətbiq ediləcəyinə əminliyini bildirib.

Tədbirdə “Uğur yolu” Karyera İnkişaf Proqramının təşkilatçıları və layihəyə cəlb olunmuş ekspertlər çıxış edib, layihənin ərsəyə gəlməsi, hər bir mərhələsinin uğurla irəliləməsi üçün görülmüş işlər barədə fikirlərini bölüşüblər.

Sonra iqtisadiyyat naziri görüş iştirakçılarının suallarını cavablandırıb. Tədbirin sonunda “Uğur yolu” Karyera İnkişaf Proqramının qaliblərinə sertifikatlar təqdim olunub.

Qeyd: İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə yaradılan “Uğur yolu” Karyera İnkişaf Proqramı intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsi, onların hərtərəfli inkişafı və peşə hazırlığının dəstəklənməsi, yüksək potensiallı əməkdaşlardan rəhbər vəzifələr üçün kadr ehtiyatı bankının formalaşdırılmasını təmin etmək məqsədilə təsis olunub. Bu il Proqramın ilk müsabiqəsi keçirilib.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?