15 Oktyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sosial ödənişlərlə bağlı yoxlamaların müddəti necə tənzimlənir?

Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər.

İqtisadçı ekspert Anar Bayramov həmin maddənin 2-ci hissəsinə əsaslanaraq bildirib ki, bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması Vergi Məcəlləsinin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Maddədə diqqət yetiriləsi 3 mühüm məqam yer alıb. Birinci məqam odur ki, 3 illik müddət anlayışı vergiyə aid edilsə də məcburi dövlət sosial sığortası, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına şamil edilmir. Yəni vergi orqanı 2020-ci ildə vergi ödəyicisinin 3 ildən çox müddətə olan məcburi dövlət sosial sığortası ilə bağlı əməliyyatlarını yoxlaya bilər.

Misal 1: Vergi ödəyicisi 2012-2014-cü illərdə işçilərin əməkhaqqı gəlirləri üzrə məcburi dövlət sosial sığortasının hesablanmasını düzgün həyata keçirməyib. Vergi orqanı 2020-ci il tarixdə həyata keçirdiyi yoxlama zaman 3 ildən daha çox müddət olan 2012-2014-cü illər üzrə əməkhaqqı gəlirləri üzrə sənədləri yoxlaya bilər.

İkinci məqam: Vergi baxımından 3 illik müddət səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir.

Misal 2: Vergi orqanı 2021-ci ilin fevral ayında qərar verib ki, mənfəət (gəlir) vergisi ödəyicisində səyyar vergi yoxlaması həyata keçirsin. 2019-cu il üzrə mənfəət vergisi bəyannaməsinin 2020-ci ilin 31 mart tarixinə kimi təqdim olunmasını nəzərə alsaq, o zaman vergi orqanı vergi ödəyicininin 2016, 2017 və 2018-ci illər üzrə mənfəət (gəlir) vergisi bəyannaməsini yoxlamaq hüququna malikdir.

Üçünçü məqam: Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir.

Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Vergi orqanı vergi ödəyicisinin təqdim etdiyi bəyannamə üzrə 30 iş günü müddətində əlavə vergi hesablaya bilər. Həmin müddət bitdikdən sonra vergi orqanının kameral vergi yoxlaması həyata keçirmək hüququ olsa da, əlavə verginin hesablanması aparılmır.

VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiRezident şirkətin beynəlxalq daşımalara görə qeyri-rezidentə ödədiyi məbləğlərdən vergi tutulması VergiƏlilliyi olan şəxsə qulluq edən ailə üzvlərinin vergi güzəştləri VergiHüquqi şəxslər “Mənfəət vergisinin bəyannaməsi"ni rüblər üzrə təqdim edə bilərlərmi? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? VergiVÖEN-in ləğv edilməsi üçün nə tələb olunur? VergiMüəssisədə rəhbər dəyişikliyi necə rəsmiləşdirilir? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiQeyri-rezidentə ödənilən avans geri qayıtdıqda hesablanan ƏDV-ni qaytarmaq mümkündürmü? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir?