22 Yanvar 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Gürcüstan cari ilin 10 ayında Azərbaycandan 12 min ton aviasiya yanacağı idxal edib

Bu ilin yanvar-oktyabr aylarında Gürcüstan Azərbaycandan 12 min ton aviasiya yanacağı idxal edib. Bununla da Azərbaycan hesabat dövründə Gürcüstanın aviasiya yanacağına olan tələbatının 16,3 faizini ödəyib.

Bu barədə Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyi məlumat yayıb.

Bildirilir ki, hesabat dövründə Gürcüstan 73,5 min ton aviasiya yanacağı tədarük edib. Bunun da 40,3 min tonunu və ya 54,9 faizini Türkmənistandan idxal edib. Azərbaycan Gürcüstanın aviasiya yanacağı idxalçıları sırasında ikinci yerdədir. Gürcüstanın bu növ yanacaq idxal etdiyi üçüncü əsas ölkə İtaliyadır -10,5 min ton.

Qeyd edilir ki, aviasiya yanacağının idxalında əhəmiyyətli artım aviareyslərin bərpası ilə bağlıdır.

VergiKənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı hansı vergi güzəştləri mövcuddur? VergiYükdaşıma fəaliyyəti həyata keçirən vergi ödəyicisi e-qaimə verməlidirmi? VergiMülki müqavilə ilə işləyən şəxsə vergi güzəşti tətbiq olunurmu? VergiHansı toyuq əti məhsulu ƏDV-yə cəlb olunur? VergiAlış aktı ilə alınan mallara görə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiKriptovalyuta ticarətindən əldə edilən gəlir vergiyə cəlb olunurmu? VergiToyuq ətinin idxalı zamanı ödənilən ƏDV əvəzləşdirilirmi? VergiMMC kimi fəaliyyət göstərən idman klublarına köçürülən vəsait gəlirdən çıxılırmı? VergiUşaq bağçasına ödənilən yardım məbləği gəlirdən çıxılırmı? VergiSosial şəbəkələrdə reklamlara ödənilən vəsaitdən hansı qaydada vergi tutulur?