Gürcüstan cari ilin 10 ayında Azərbaycandan 12 min ton aviasiya yanacağı idxal edib

2021.11.12 10:35 (UTC+04:00)

Bu ilin yanvar-oktyabr aylarında Gürcüstan Azərbaycandan 12 min ton aviasiya yanacağı idxal edib. Bununla da Azərbaycan hesabat dövründə Gürcüstanın aviasiya yanacağına olan tələbatının 16,3 faizini ödəyib.

Bu barədə Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyi məlumat yayıb.

Bildirilir ki, hesabat dövründə Gürcüstan 73,5 min ton aviasiya yanacağı tədarük edib. Bunun da 40,3 min tonunu və ya 54,9 faizini Türkmənistandan idxal edib. Azərbaycan Gürcüstanın aviasiya yanacağı idxalçıları sırasında ikinci yerdədir. Gürcüstanın bu növ yanacaq idxal etdiyi üçüncü əsas ölkə İtaliyadır -10,5 min ton.

Qeyd edilir ki, aviasiya yanacağının idxalında əhəmiyyətli artım aviareyslərin bərpası ilə bağlıdır.