17 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Kitab istehsalının və satışının ƏDV-dən azad olunmasının doğuracağı nəticələr

Azərbaycan Prezidentinin təşəbbüsü ilə Milli Məclisə daxil olan kitab və kağızın idxalının, istehsalının və satışının ƏDV-dən azad olunması tarixi bir hadisədir. Millət vəkili Tahir Mirkişili Vergi Məcəlləsinə edilən dəyişiklikləri şərh edərkən belə deyib. Bu qərar ölkəmizə nə verəcək sualına millət vəkili belə cavab verib:

“ 1. ƏDV-nin ləğvi kitab və digər çap məhsulları üçün istehlakçının ödədiyi qiymətə, birbaşa və dolayısı ilə kitab satışına təsir göstərir. Bu kitab və qəzet mədəniyyəti, savadlılıq və oxumaq təbliğatının ən təsirli yollarından biridir. Kitablarda 0 dərəcə ƏDV ilə daha çox insan daha çox kitab oxuyacaq;

2. Aparılan tədqiqatlar göstərir ki, ƏDV-nin ləğvi daha güclü yaradıcılıq və biliyi təşviq edir;

3. ƏDV-nin ləğvi bu sahədə daha çox sahibkarlığı dəstəkləməklə məşğulluğu artırır, kiçik və orta nəşr şirkətlərinin, o cümlədən milli nəşr sənayesinin inkişafını təmin edəcək”.

T.Mirkişili deyib ki, dövlətin bu vergi növünü ləğv etməklə əsas gözləntisi çap sənayesinin inkişafı, kitab qiymətlərinin əlçatan olması və ən əsası insanların daha çox kitab oxumasına dəstək olmaqdır.

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?